Rusiyanın raketdaşıyıcısı ABŞ-ın dövlət sərhədi boyunca 11 saatlıq uçuş edib

2019/05/7H33p-1558528421.jpg
Oxunub: 664     16:31     22 May 2019    
Rusiyanın iki strateji “Tu-95MS” raketdaşıyıcısı Aleut adalarının (Alyaska ştatına daxildir) sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərində 11 saatlıq uçuş edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və kütləvi əlaqələr idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, uçuşun müxtəlif mərhələlərində ABŞ Hərbi Hava Qüvvələrinin F-22 qırıcıları Rusiya təyyarələrini müşayiət edib.

Nazirlik bütün uçuşların beynəlxalq qaydalara uyğun olaraq başqa dövlətlərin sərhədini pozmadan keçirildiyini vurğulayıb.

Qurum bildirib ki, bu, ikinci uçuşdur. Birinci uçuş mayın 21-də keçirilib. Ötən gün 4 “Tu-95MS” raketdaşıyıcısı Alyaskanın qərb sahilləri, Aleut adalarının şimal sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərindən 12 saatlıq uçuş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tu-95MS   F-22   ABŞ   Rusiya   Hərbi-Hava-Qüvvələri  

Rusiyanın raketdaşıyıcısı ABŞ-ın dövlət sərhədi boyunca 11 saatlıq uçuş edib

2019/05/7H33p-1558528421.jpg
Oxunub: 665     16:31     22 May 2019    