“Xalq-ordu konsepsiyası, xalq-iqtisadiyyat-təhlükəsizlik konsepsiyası ilə əvəz edilsin” – Harutyunyan

2019/05/45645-1558506458.jpg
Oxunub: 537     10:01     22 May 2019    
“Ermənistan ordusunda hərbi qulluqçuların sayının artması insan kapitalının tükənməsinə gətirib çıxaracaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatlar Universitetinin tədqiqatçısı, analitik Qayane Harutyunyan deyib.

Onun sözlərinə görə, bütün dünyada dördüncü sənaye inqilabının ən təhlükəli niyyətlərindən biri texnoloji artımdır.

“Ermənistan üçün 4.0 sənaye konsepsiyası, çağırışlardan sıçrayış inkişafı platformasına çevrilə bilər. İstehsal sahələrində yeni iş yerləri xidmət sahələrinə nisbətən daha cəld yaradılmalıdır. Dünya innovasiyalar silahlanmasının yeni mərhələsinə daxil olub. Ermənistanda hərbi sənayenin inkişafının alternativi yoxdur. Ermənistanda iqtisadi islahatların yeni dalğasında hərbi sənaye vacib yer tutur”, - deyə o bildirib.

Harutyunyan bildirib ki, Ermənistan ordusunda hərbi qulluqçuların sayının artması insan kapitalının tükənməsinə gətirib çıxaracaq.

“Ermənistan gələcəkdə ciddi şəkildə işçi qüvvəsi itirməsi təhlükəsi qarşısındadır. Biz təklif edirik ki, xalq-ordu konsepsiyası, xalq-iqtisadiyyat-təhlükəsizlik konsepsiyası ilə əvəz edilsin. Bu yolla xalqın ordu quruculuğu işinə iqtisadi üsullarla cəlb edilməsini doğru hesab edirəm. Hərbi sənayenin inkişafı, buna yaxın sahələrin inkişafına gətirib çıxara bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Böhran  

“Xalq-ordu konsepsiyası, xalq-iqtisadiyyat-təhlükəsizlik konsepsiyası ilə əvəz edilsin” – Harutyunyan

2019/05/45645-1558506458.jpg
Oxunub: 538     10:01     22 May 2019    