Qarabağda kim sui-qəsd təşkil edir?| “Paşinyan dalana dirənib” (EKSPERT)

2019/05/raket-1557821048.jpg
Oxunub: 2381     10:32     22 May 2019    
“Bunlar artıq bu cəmiyyətdə qüvvədə olmayan ikili standartlardır. Bu siyasətin deyil publisistikanın krizisi, janrın böhranıdır. Paşinyan, dalana dirənib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov Ermənistandakı daxili siyasi vəziyyətə toxunarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda məhkəmə sahəsində böhran var və bu sahədə islahatlar ilk dövrlərdə aparılmalı idi.

“İstənilən inqilabın öz janrı, epizodları, xarici düşmən, xəyanətkarlıq və digər əlamətləri var. Yəni, ictimai problemləri həll etmək yox, öz təsirini saxlamaq istəyən hakimiyyətlər bu cür davranırlar. Ermənistan Baş naziri Nikol Paşinyan 1 ildir ki, hakimiyyətdədir. Məhkəmə sistemi hakimiyyətin ən vacib qollarından biridir və bu sahədə islahatlar ilk dövrlərdən aparılmalı idi. Lakin o, bunu etmədi. Köhnə sistem fəaliyyət göstərməyə davam edir. Müxtəlif hadisələr baş verdi. Məhkəmələr fəaliyyətini hələ də davam etdirirdi. Lakin Paşinyanın heç bir sualı yaranmırdı. Elə ki, məhkəmə Köçəryanı azad etdi. Paşinyan məhkəmə sahəsindəki böhran barədə məlumat verdi”, - deyə rus politoloq bildirib.

Paşinyan dünən həmçinin Qarabağ münaqişəsinin nizamlanması prosesində xəyanətkarlığın mümkünlüyü barədə danışıb. O qeyd edib ki, Qarabağda (qondarma qurum-red.) Ermənistana, şəxsən ona qarşı yalan təbliğat həyata keçirilir. O, bunu təhlil edərək, xain müharibəyə təşviq edilməsi, hətta bəzi ərazilərin də təhvil verilməsi və baş verənlərin məsuliyyətinin Ermənistan hökuməti üzərinə atılmasına dair, xəyanətkar məqsədlər gördüyünü bildirib.

Paşinyanın açıqlamasına toxunan Tarasov, onun məsələyə ikili standartlar çərçivəsindən yanaşdığını, dalana dirəndiyini vurğulayıb.

“Paşinyan öz şəxsi əmri ilə “Qarabağ müdafiə nazirini” tutduğu vəzifəsindən azad etdikdə bu Qarabağın (qondarma qurum-red.) daxili işlərinə müdaxilə edilməsi idi. Digər tərəfdən Paşinyan qeyd edir ki, Qarabağ ayrıca ərazidir. Bunlar artıq bu cəmiyyətdə qüvvədə olmayan ikili standartlardır. Bu siyasətin deyil publisistikanın krizisi, janrın böhranıdır. O, dalana dirənib, lakin bundan çıxmaq lazımdır. Ona görə ki, mövcud dəstəyin səviyyəsi əvvəlki kimi deyil. Bu dəfə insanlar onun çağırışına cavab verərək, küçələrə çıxdılar. Lakin bu dəfə keçən ilin yazında baş verən hərəkətlilik, say çoxluğu baş vermədi. Bundan əlavə bir çox orqanlar, o cümlədən, prezident qanunun tələblərinə əməl etməyə çağırdı. O, yavaş-yavaş təcrid içərisinə düşür. Qarabağda kim sui-qəsd təşkil edir? Robert Köçəryan, yoxsa Bako Sahakyan?”, - deyə o qeyd edib.

Jurnalistin “Bəyanatdan sonra belə bir fikir yaranır ki, erməni tərəfi bu istiqamətdə hərəkət edərək, günahı Qarabağın (qondarma qurum-red.) üzərinə qoymağa çalışır” şərhini Tarasov bu şəkildə cavablandırıb: “Bu əsaslandırma mümkündür, çünki Qarabağ istiqamətində qeyri-ardıcıl siyasət həyata keçirilir. Bir çox proseslərin inkişafından belə təəssürat əldə edirəm ki, hansısa layihə və ya proqramın olduğunu Qarabağ hiss edir. O hiss edir ki, onun arxasında hər hansı bir iş baş verir. Daxili siyasi proseslərin ən qaynar mərhələsində Azərbaycanın davranışını xatırlasaq, görərik ki, Azərbaycan ilk mərhələdə Paşinyana şans verdi və Düşənbə razılaşması baş tutdu. İndi isə Azərbaycan tərəfi Paşinyan üçün müvəqqəti nəfəs alma dövrünün başa çatdığını anlayır və aydın şərtlər irəli sürür. Belə təəssürat yaranır ki, bəzi qüvvələr onu hansısa tərəfə çəkir. O isə məsuliyyətin bir hissəsini Qarabağın (qondarma qurum-red.) üzərinə atmağa cəhd edir. Ermənistanlılar və Qarabağlılar deyə bölgü yaranıb. Bu, yaxşı hal deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Paşinyan  

Qarabağda kim sui-qəsd təşkil edir?| “Paşinyan dalana dirənib” (EKSPERT)

2019/05/raket-1557821048.jpg
Oxunub: 2382     10:32     22 May 2019    