"Tramp açıq şəkildə bəyan edib: bütün variantlar masa üzərindədir" - Pens

2019/05/Venez-1558417117.jpg
Oxunub: 386     10:21     21 May 2019    
“Rəsmi Vaşinqton Venesuelada bütün hərəkət variantlarına baxır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

Onun sözlərinə görə, ABŞ lideri Donald Tramp Venesuelanın müxalif Milli Məclisinin rəhbəri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyan 50-dən çox dövlətdən ibarət koalisiyaya başçılıq edib.

“ABŞ Venesuelaya, həmçinin onun "Kubadakı himayədarlarına" iqtisadi və diplomatik sahələrdə təzyiq göstərməkdə davam edəcək. Tramp açıq şəkildə bəyan edib: bütün variantlar masa üzərindədir", - deyə Pens bildirib.

Qeyd edək ki, Tramp açıqlamalarının birində bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək fikrində deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Tramp   Venesuela  

"Tramp açıq şəkildə bəyan edib: bütün variantlar masa üzərindədir" - Pens

2019/05/Venez-1558417117.jpg
Oxunub: 387     10:21     21 May 2019    