“Müharibəyə təşviq və ərazilərin təhvil verilməsinə dair məqsəd görürəm” - Paşinyan (ƏTRAFLI)

2019/05/76876-1558354555.jpg
Oxunub: 2925     16:14     20 May 2019    
“İstənilən halda məhkəmə hüquq sisteminin qərarlarının cəmiyyət üçün etimadsız olduğu məlumdur”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan məhkəmə hüquq sistemi ilə bağlı çıxışı zamanı deyib.

O, çıxışında erməniləri salamladıqdan sonra mövcud problemlərə keçid alıb.

“Bu gün, Sizi görüşə dəvət etməkdə məqsədim artıq təxirəsalınmaz və təcili həll tələb edən bir məsələni müzakirə etmək olduğunu qeyd edərək, son 1 ildə Ermənistanda hamınıza məlum olan siyasi dəyişikliyin baş verdiyini vurğulayıram... Son 1 ildə baş verənlər onu göstərir ki, məhkəmə hakimiyyət orqanlarına əvvəllər olduğu kimi hələ də, xalqın etimadı yoxdur. Məhkəmə hakimiyyətinin fəaliyyəti davamlı olaraq, ictimaiyyət arasında öz fəaliyyəti ilə ziddiyətlərə səbəb olur”, - deyə Paşinyan bildirib.

Paşinyan, məhkəmə hakimiyyət orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyinə və əsaslandırılması haqqında tənqidi fikirlər səsləndirə bilməyəcəyini və səsləndirmək istəmədiyini qeyd edib: “Bu barədə tənqidi fikirlər irəli sürmək mənim səlahiyyətlərimə daxil deyil. Lakin bütün məhkəmə hüquq sistemini eyni şəkildə dəyərləndirmək də mümkün deyil. İstənilən halda məhkəmə hüquq sisteminin qərarlarının cəmiyyət üçün etimadsız olduğu məlumdur. Bunu yalnız Baş nazir kimi yox, həmçinin xalqın bir nümayəndəsi kimi deyirəm... Erməni xalqının məhkəmə hakimiyyətini keçmiş korrupsiyalaşmış sistemin qalıqları kimi qəbul edirəm. Burada daim xalqa qarşı xəyanətlər planlaşdırılır və həyata keçirilir. Bu iradların nə dərəcədə doğru olub-olmadığı başqa bir məsələdir. Hesab edirəm ki, məhkəmə hakimiyyəti xalqın etimadına sahib deyil və bu o deməkdir ki, fəaliyyət göstərməyə də kifayət qədər legitimliyi yoxdur”.

Erməni Baş nazir hesab edir ki, bu fakt ölkəsinin gündəlik həyat fəaliyyətinə, sabitliyinə və milli təhlükəsizliyinə təhdiddir.

“Məhkəmə hüquq sisteminin qanundankənar təsirlərə məruz qalmadığına və kölgə həyatı yaşamadığına zəmanət verə bilməz. Məhkəmə hakimiyyət orqanları, xüsusilə korrupsiyalaşmış keçmiş sistem tərəfindən təsir altında saxlanılır. Çünki insan resursları, siyasi və digər yollarla keçmiş hakimiyyətlə əlaqədə qalmaqdadırlar. Mən, yalnız bir nümunə çəkməklə bildirirəm ki, icra hakimiyyəti orqanları tərəfindən onlarca qanunsuzluqların həyata keçirilməsinin məhz fəaliyyətdə olan məhkəmə orqanları sistemi vasitəsilə həyata keçirildiyini nəzər alsaq, “1 Mart” işi üzrə məhkəmə araşdırmasının nə dərəcədə düzgün aparıla biləcəyini təsəvvür etmək mümkün deyil. Ən yüksək siyasi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılmasının bəyan edilməsinə baxmayaraq, həmin məhkəmə sistemləri korrupsiyalaşmış şəkildə fəaliyyət göstərməkdə davam edirlər.

Müxtəlif hakimlərin öz keçmiş məhkəmə fəaliyyətlərinin və dəyərlərinin yeni Ermənistanla uzlaşmadığını dərk edəcəklərinə və Ermənistan naminə hakim statuslarından imtina edəcəklərinə ümid edirdim. Lakin belə bir şeyin baş vermədiyini gördüm. Xalqın etimadını qazanmağa nail olmaq üçün verilən vaxt tükənib”, - deyə Paşinyan vurğulayıb.

Paşinyan bildirib ki, məhkəmə sistemində cərrahiyə müdaxilələrinin həyata keçirilməsinin zamanı yetişib. O, bu prosesin aşağıdakı kimi həyata keçiriləcəyini qeyd edib:

“1. Ermənistanda fəaliyyətdə olan bütün hakimlər atestasiya olunmalıdır. Yəni ictimaiyyət hakimin siyasi əlaqələri, mənşəyi, əmlak vəziyyəti, hakim statusunda və öncəki dövrdə fəaliyyət əhatəsi, fərdi və peşəkar göstəriciləri haqqında tam məlumatlı olmalıdır.

2. Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə təsdiqlənmiş vətəndaşların hüquqlarının kobud pozulması hökmlərinin müəllifi olan bütün hakimlər istefa verməlidir. Tutduqları vəzifələrdən getməli və ya azad olunmalıdırlar.

3. Öz daxilində ədalətli və obyektiv ola bilməyəcəyini dərk edən bütün hakimlər istefa verməlidir. Bununla da erməni xalqına və Ermənistana vacib xidmət göstərmiş ola bilərlər.

4. Hazırda keçid ədalət mexanizmlərinin tətbiqi Ermənistan üçün həyati əhəmiyyətə malikdir. 1-2 ay içərisində son 7-8 ay ərzində bu istiqamətdə gördüyümüz işləri təhlil etməliyik.

5. Ermənistanda həqiqətən zəmanətli müstəqil məhkəmə sisteminin yaradılmasına nail olmaq və ölkədə həyati əhəmiyyətli bu gündəmi həyata keçirmək üçün parlamentdə müvafiq qanunverici iş aparılmalıdır. Əgər bunun üçün konstitusiya dəyişiklikləri lazım gələrsə, bu addım da atılmalıdır. Bu addımın atılması ümumxalq referendumun yolu ilə həyata keçirilməni tələb edərsə, buna da əl atılmalıdır”.

Həmçinin Paşinyan çıxışında Qarabağ (qondarma qurum-red.) və Ermənistan arasında düşmənçiliyi təşviq etməyə səy göstərən şəxslərin olduğunu da qeyd edib. Onların məqsədinin keçmişdə yol verdikləri cinayəti ört-basdır etməkdən ibarət olduğunu bildirib.

“Bu korrupsiyadan daha çox Qarabağdakı ermənilərin ziyan çəkməsinə baxmayaraq, bəzi məmurlar korrupsiya əlaqələrini tətbiq etməklə Qarabağda Ermənistana və şəxsən mənə qarşı təbliğat aparma işini davam etdirirlər”, - deyə o şikayətlənib.

Paşinyan qeyd edib ki, bütün bunları təhlil etməklə hələ parlament seçkilərində bəyan edib ki, xəyanətkar müharibənin təşviq edilməsi, hətta bəzi ərazilərin təhvil verilməsi və baş verənlərin məsuliyyətini Ermənistan hakimiyyətinin üzərinə qoymağa uzunmüddətli məqsədlər gördüyünü deyib.

O bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə erməni parlamentinin istintaq komissiyasının yaradılması və hamını narahat edən bir sıra məsələlərə aydınlıq gətirilməsinin zamanı çatıb. Paşinyan, bu məsələyə yekun olaraq qeyd edib ki, Ermənistanla Qarabağ (qondarma qurum-red.) arasında düşmənçilik toxumu səpən bütün qüvvələri rədd etməyə çağırıb. Paşinyan Ermənistanda baş verən bütün hadisələrin dərin və geridönməz olduğunu, bütün bunların müəllifinin ayrıca, hansısa siyasi qüvvənin deyil, bütün erməni xalqının olduğunu qeyd edib.

Sonda Paşinyan məhkəmələrin girişlərini bağlayan əhaliyə müraciət edəcəyini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   İşğal   Məhkəmə   Korrupsiya   Qarabağ  

“Müharibəyə təşviq və ərazilərin təhvil verilməsinə dair məqsəd görürəm” - Paşinyan (ƏTRAFLI)

2019/05/76876-1558354555.jpg
Oxunub: 2926     16:14     20 May 2019    