“Türkiyə S-400-ləri almaq məcburiyyətindədir" - Kurtulmuş

2019/05/s-cb0-1558347825.jpg
Oxunub: 471     16:32     20 May 2019    
“Bəlli bir müddətdən sonra Türkiyə öz hava hücumundan müdafiə sistemini quracaq”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Baş katibi Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, S-400-lərin alınması Türkiyənin üzv olduğu NATO-ya heç bir zərər vermədiyi halda, ABŞ-ın bu məsələdən narazılıq yaratması anlaşılan deyil.

“Türkiyə NATO üzvü olaraq ABŞ-la 1952-ci ildən bu yana müttəfiq ölkədir. Türkiyə bu anlamda NATO-nun hansı ehtiyacı varsa, ödəyib. İndi ABŞ-ın NATO-da, xüsusilə Cənubi Avropa sərhədləri içərisində bu qədər önəmli ölkə olan Türkiyəyə şübhəylə yanaşması, rəqabət dili ilə danışması ittifaq şərtlərinə uyğun gəlmir. Türkiyə hava hücumundan müdafiə sistemini qurana qədər S-400-ləri almaq məcburiyyətindədir. Bəlli bir müddətdən sonra Türkiyə öz hava hücumundan müdafiə sistemini quracaq. Amerikalılar isə Türkiyəni anlamalıdır. Türkiyə ABŞ-ı bu mövzuda razı salana qədər israr edəcək”, - deyə Baş katib diqqətə çatdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Avropa   S-400   ABŞ  

“Türkiyə S-400-ləri almaq məcburiyyətindədir" - Kurtulmuş

2019/05/s-cb0-1558347825.jpg
Oxunub: 472     16:32     20 May 2019    