Türkiyənin 42 vilayətində antiterror əməliyyatı: 78 nəfər həbs olunub

2019/05/24075-1558347117.jpg
Oxunub: 532     15:32     20 May 2019    
Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ-yə üzv olan və bu terror təşkilatına xidmət edən daha 249 nəfərin həbsi ilə bağlı sanksiya verib.

Ordu.az Ankara Cümhuriyyət Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər 2010-2013-cü illərdə Türkiyə Daxili İşlər Nazirliyinə işə girmək məqsədi ilə test imtahanlarında saxtakarlıqdan bəhrələnənlərdir.

Qeyd olunur ki, xarici dil fənlərinə aid imtahanın nəticələri bu şəxslərin xeyrinə saxtalaşdırılıb.

Sanksiyaya əsasən, mayın 20-də ölkənin 42 vilayətində eyni vaxtda antiterror əməliyyatı keçirilib və polis sıralarında çalışan 78 nəfər həbs olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiy   Antiterror-əməliyyatı  

Türkiyənin 42 vilayətində antiterror əməliyyatı: 78 nəfər həbs olunub

2019/05/24075-1558347117.jpg
Oxunub: 533     15:32     20 May 2019    