Şəhid zabitin anım günü keçirildi

2019/05/89aed-1558334436.jpg
Oxunub: 1116     10:54     20 May 2019    
Aprel döyüşləri həm Azərbaycan Ordusunun gücünü, həm də şəxsi heyətin vətənpərvərlik ruhunu nümayiş etdirdi. Bu döyüşlərdə düşmənlərimizlə yanaşı, bütün dünya ordumuzun necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdiyinin şahidi oldu.

Bu döyüşlərdə kapitan Nəcməddin Savalanov da şəhid olub. Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

2016-cı il aprelin 2-də Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov şəhid oldu.

Şəhid kapitan Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınıb.

Nəcməddin Savalanov göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Bu günlərdə "N" hərbi hissəsinin şəxsi heyətinin bir qrupu şəhid kapitanın məzarını ziyarət edib, ailəsi ilə görüşüb. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə şəhidin döyüş yoldaşları Nəcməddinin igidliyindən, cəsurluğundan, vətənsevərliyindən danışıblar. Ordumuzun əsgər və zabitlərinin Ali Baş Komandanın əmrinə müntəzir olduqlarını bildiriblər.

Şəhidin ailə üzvləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Şəhid  

Şəhid zabitin anım günü keçirildi

2019/05/89aed-1558334436.jpg
Oxunub: 1117     10:54     20 May 2019    