MILEX-2019: “QPE-də il ərzində 120-dən çox MRAP istehsal edirik” – MÜSAHİBƏ

2019/05/60851-6233313100.jpg
Oxunub: 736     10:13     20 May 2019    
“Belarus və Rusiya təyyarə təmiri müəssisələri ilə Nur-Sultan şəhərindəki aviasiya texniki mərkəzi bazasında aviasiya texnikasının təmiri məsələləri yerli "Qazaxıstan aviasiya sənayesi" müəssisəsi tərəfindən müzakirə edilib və müəyyən razılaşmalar əldə edilib”.

Ordu.az MILEX-2019 sərgisində iştirak edən Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin tabeliyində olan “Kazspeseksport” Dövlət müəssisənin əməkdaşı Fildes Mardanov ilə müsahibəni təqdim edir:

- Qazaxıstan Respublikasını MILEX sərgisində hansı qurumlar təmsil edir?

- MILEX-2019 sərgisində, Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyi ilk dəfədir ki, milli stendlə təmsil olunur. Buna görə, bu nümünələr də ilk dəfə MILEX-də təqdim edilir.

IX beynəlxalq hərbi texnika və silah sərgisində Belarusun aparıcı müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi müasir sənaye avadanlıqlarının Qazaxıstan Respublikası əraizində istehsalının təşkil edilməsi barədə razılıq əldə edilib. Bunu, Rəqəmsal İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyi arasında danışıqlar zamanı əldə ediblər. Xüsusilə Qazaxıstan müəssisələrində radar obyektlərinin və optik elektron məhsulların istehsalı lokallaşdırılacaq. Bununla yanaşı, Belarus və Rusiya təyyarə təmiri müəssisələri ilə Nur-Sultan şəhərindəki aviasiya texniki mərkəzi bazasında aviasiya texnikasının təmiri məsələləri yerli "Qazaxıstan aviasiya sənayesi" müəssisəsi tərəfindən müzakirə edilib və müəyyən razılaşmalar əldə edilib.

- Sərgiyə və Sizin stendə maraq hansı səviyyədədir?

- Sərgiyə maraq təbii ki, yüksəkdir, tədbir zamanı 30-dan çox ölkənin nümayəndələri Qazaxıstanın ekspozisiyası ilə tanış olublar. Sərgi davam etdiyi üçün bu rəqəmin artacağı gözlənilir.

- Qazaxıstan hansı müdafiə sənaye məhsullarını təqdim edir?

- Gördüyünüz kimi, yerli müdafiə sənayesi müəssisələrinin vahid milli stendində, ölkədə istehsal olunan hərbi texnika və avadanlıq nümunələri təqdim edilir. Sərgi komponentlərindən MRAP texnologiyasından (minaya qarşı dayanıqlı qorunma) istifadə edilərək hazırlanan zirehli və təkərli "Arlan", "Alan" və "Barys" modelləri iştirakçıların xüsusi marağına səbəb oldu. Unikal MRAP texnologiyası zirehli vasitəni ordu və xüsusi bölmələrin ehtiyacları üçün üstün mina qorunması ilə təchiz etməyə imkan verir. Beləliklə, təqdim olunan texnika TNT ekvivalentində 10 kq-a qədər güclü bir partlayışa davam gətirə bilir. Qazaxıstanda istehsal olunan maşınlar, həmçinin yüksək sürət və manevr qabiliyyətinə malikdir, mina və pusqu hücumlarına qarşı ekipajın və desantın mühafizəsini təmin edir.

- MRAP-ların ixrac potensialı və onlara real təlabat hansı səviyyədədir?

- Müştərilərin tələbatını ödəmək üçün "Qazaxıstan Paramount Engineering" şirkətinin zavodunda ildə 120-dən çox bu tip zirehli vasitə istehsal edilir. Bu şirkət MRAP texnologiyasından istifadə edən Mərkəzi Asiyada yeganə istehsalçıdır. Modellər artıq Qazaxıstanda keçirilən bir sıra sərgi və konfranslarda, o cümlədən Nur-Sultanda baş tutan KADEX 2018 sərgisində nümayiş etdirilib. İlk ixrac müqaviləsinin bağlanması bu il üçün nəzərdə tutulub.

- Sərgidə daha hansı şirkətlər və məhsullar təqdim edirsiniz?

- Sərgidə digər Qazaxıstan şirktlərinin məhsulları da nümayiş etdirilir. "Tınıs" ASC şəxsi qoruyucu vasitələrini (zirehli gödəkçələri), "Qazaxıstan Aselsan Engineering" şirkəti daşınan, mobil və stasionar radiostansiyaları və optik elektron sistemlərini, "Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti" ASC ərazi nəqliyyat vasitələrinə silah yerləşdirməyə imkan verən universal, dönən dayaq mexanizmləri, iriçaplı atıcı silahları və snayper tüfənglərini, "Alma DK" qeyri-letal (öldürücü olmayan) silahlarını təqdim edir.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

MILEX-2019: “QPE-də il ərzində 120-dən çox MRAP istehsal edirik” – MÜSAHİBƏ

2019/05/60851-6233313100.jpg
Oxunub: 737     10:13     20 May 2019    