Çin şirkəti: “Peyk və rabitə avadanlıqlarımız Azərbaycanı maraqlandıra bilər” (MÜSAHİBƏ)

2019/05/60348-3116328364.jpg
Oxunub: 1053     11:47     18 May 2019    
"ALIT isə öz növbəsində hər bir tərəfdaş ölkə və şirkət ilə öz profili üzrə birgə tədqiqat, inkişaf, istehsal, texnologiya transferi (TOT) və logistika sisteminin yaradılması sahəsində əməkdaşlıq etməyə hazırdır. Azərbaycan ilə əməldaşlıq şirkətin maraqlarına uyğundur. Hesab edirəm ki, bizim peyk və rabitə avadanlıqlarımız Azərbaycanı maraqlandıra bilər".

Ordu.az "Aerospace Long-March International Trade" şirkətinin kommersiya direktoru Cui Shiqiang ilə müsahibəni təqdim edir:

- Salam, ilkin olaraq şirkət haqqında məlumat verməyinizi xahiş edirik. Şirkətin fəaliyyət istiqamətləri hansılardır?

- "Aerospace Long-March International Trade" (ALIT) şirkəti, Çində qeydiyyatdan keçib və Fengtai şəhərində yerləşir. Şirkət əvvəllər müfafiə təyinatlı məhsulların, aerokosmik avadanlıqların, terrorizmlə mübarizə vasitələrinin idxalı və ixracı ilə məşğul olurdusa, hazırda öz fəaliyyətini daha çox bu məhsulların istehsalına yönəldib.

ALIT şirkəti hazırda "China Aerospace Science and Technology Corporation" (CASC) korporasiyasının tərkibinə daxildir və onun əsas bölmələrindən biridir. Çin hökumətinin aviasiya ilə əlaqədar silah sistemlərini ixrac və idxal etmək üçün səlahiyyətli dövlət müəssisəsidir.

Birinci sinif məhsullar və texnologiyalar sahəsində 60 illik təcrübəyə, Çin kosmik sənayesinin güclü istehsal və dəstək imkanlarına əsaslanaraq, ALIT Çin və dünyanın qalan hissəsi arasında aviasiya sənayesinin əməkdaşlığında körpü kimi xidmət göstərir.

- Çindən kənarda hansı layihələriniz mövcuddur?

- Xaricdə davam edənlər arasında müxtəlif layihələr üçün avadanlıqların alınması və proqramlaşdırılması, mühəndis və konsaltinq xidmətləri, xüsusi layihələrin hazırlanması və həyata keçirilməsi kimi fəaliyyətlərimiz mövcuddur.

- ALIT hazırda hansı müdafiə sənayesi məhsullarını istehsal edir?

- Şirkət əsas diqqətini əsasən "yer-yer", "yer-hava" və "hava-yer" raket sistemlərinin, RYAS üçün raketlər, dəqiq tuşlamalı PGB bombaları, PUA-lar, terrorizmlə mübarizə vasitələri, sərhəd və sahilyanı ərazilərin müşahidə və nəzarət sistemləri, aerokosmik avadanlıqlar ilə təchizatına, həmçinin Çinin aerokosmik sənayesinin sifarişlərinin böyük bir hissəsinin yerinə yetiririlməsinə yönəldib.

Biz hazırda aerokosmik sahədə bir neçə layihənin müqaviləsini həyata keçirik, mobil və peyk rabitə avadanlıqları, elektron müşahidə və sərhəd nəzarəti vasitələri, şəhər qəza idarəetmə və dispetçer xidməti üçün müasir avadanlıqlar istehsal edirik.

- Mülki sahədə hansı layihələr həyata keçirilir?

- Şirkət avtomobil yolları, dəmir yolu, su, hidroelektrik stansiyaları, körpülər, bələdiyyə binaları, mülki mühəndislik, ətraf mühitin mühafizəsi, enerji layihələri üçün texniki xidmətləri də təklif edir.

- Şirkət Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinə malikdir?

- Xeyr, birbaşa əlaqələrimiz mövcud deyil. Qeyd etdiyim kimi, ALIT şirkətı "China Aerospace Science and Technology Corporation" (CASC) korporasiyasının tərkibinə daxildir, buna görə də beynəlxalq əlaqələrin qurulmasını və təchizat məsələlərini onlar razılaşdırır.

ALIT isə öz növbəsində hər bir tərəfdaş ölkə və şirkət ilə öz profili üzrə birgə tədqiqat, inkişaf, istehsal, texnologiya transferi (TOT) və logistika sisteminin yaradılması sahəsində əməkdaşlıq etməyə hazırdır. Azərbaycan ilə əməldaşlıq şirkətin maraqlarına uyğundur. Hesab edirəm ki, bizim peyk və rabitə avadanlıqlarımız Azərbaycanı maraqlandıra bilər.

- Müsahibəyə görə təşəkkür edirik.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: CASC   Belarus   MILEX-2019   Azərbaycan  

Çin şirkəti: “Peyk və rabitə avadanlıqlarımız Azərbaycanı maraqlandıra bilər” (MÜSAHİBƏ)

2019/05/60348-3116328364.jpg
Oxunub: 1054     11:47     18 May 2019    