“Köçəryanla bağlı baş verənlər Moskvanın xoşuna gəlmir” - Trofimçuk

2019/05/34534-1558163145.jpg
Oxunub: 768     12:44     18 May 2019    
“İrəvan bu məsələdə Moskvanın əsəbləri ilə oynayır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Məsələlər üzrə mütəxəssis, rus analitik Qriqori Trofimçuk deyib.

O qeyd edib ki, Rusiya Ermənistanla münasibətlərin təmamilə normallaşmasını arzu etsə də, bu proses son bir il ərzində baş verməyib.

“Rusiya son il ərzində bunun baş vermədiyinə təəssüf edir. Ermənistanın Rusiya ilə qarşılıqlı münasibətini KTMT daxilində baş verənlərlə xarakterizə edirəm. Ümumiyyətlə Ermənistanın hansı tərəfə istiqamət götürdüyünü anlamıram”, - deyə Trofimçuk bildirib.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın işinin erməni-rus münasibətlərinə necə təsir göstərəcəyinə toxunan Trofimçuk qeyd edib ki, məsələnin detalları çox şeydən xəbər verir: “Robert Köçəryan və onun ətrafında baş verənlər Moskvanın xoşuna gəlmir. Məhz buna görə də İrəvan bu məsələdə Moskvanın əsəbləri ilə oynayır. Bu xüsusi və yönləndirilmiş halda həyata keçirilir”.

İlkin şərt olaraq bu işin postsovet məkanında bir nümunə kimi əhəmiyyətinin nədən ibarət olduğuna gəldikdə isə o qeyd edir ki, bu iş özü-özlüyündə bir nümunədir.

“Paşinyan bununla Moskvaya göstərmək istəyir ki, bir sıra əhəmiyyətli istiqamətlərdə nə dərəcədə dərinliyə nüfuz edə bilər. İlk dəfə, postsovet məkanında Rusiyaya yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verdikdə Rusiyanın ünvanına tənqid səsləndirilmir. Hər şey sakit, səssiz və sülh şəraitində həyata keçirilir.

Ukrayna və Gürcüstanda baş verənlərin detallı şəkildə nəzərə alındığı hiss olunur. Lakin bununla yanaşı vəziyyət Ermənistan hakimiyyətinin nəzarətindən çıxa bilər. Ona görə ki, milyonlarla erməninin həyatının yaxşılaşdırılmasına nail olmaq mümkün olmayıb. İctimaiyyətə hansısa nailiyyətlər təqdim olunmağa çalışılsa da, əksinə heç bir şey əldə edilməyib. Əgər Köçəryan azadlıqdan məhrum edilərsə, Rusiya prezidenti və onun şəxsi münasibətlərini nəzərə almaqla Moskva tərəfindən hər hansı addım atıla bilər.

Lakin açıq-aşkar addımlar, aydın cavablar olmayacaq. Bu, müdaxilə etməmə prinsipindən irəli gəlir. Lakin baş verənlərə reaksiya veriləcək, lazımi şəkildə dəyərləndiriləcək. Bunun cavabı başqa üsullarla, təmamilə başqa yerlərdə və başqa məsələlərdə veriləcək. Lakin elə ifadə ediləcək ki, bu şəxsən Nikol Paşinyanın xoşuna gəlməyəcək”, - deyə rus analitik sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Moskva   Paşinyan  

“Köçəryanla bağlı baş verənlər Moskvanın xoşuna gəlmir” - Trofimçuk

2019/05/34534-1558163145.jpg
Oxunub: 769     12:44     18 May 2019    