“Past”: Paşinyan “ermənistanlı”, “qarabağlı” etiketləri ilə bağlı narahatlıq keçirir

2019/05/2018--1558161293.jpg
Oxunub: 659     11:25     18 May 2019    
“Ermənistanın Baş naziri Nikol Paşinyan ümumi informasiya sahəsində monitorinq keçirilməsi üçün hüquq-mühafizə orqanlarına təlimat verib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

Nəşr yazır ki, işğal altında olan Qarabağda Ermənistan hakim elitasının son dövr əlaqələri, habelə “ermənistanlı”, “qarabağlı” etiketləri ilə bağlı məlumatlar yayılıb.

“Paşinyan ümumi informasiya sahəsində monitorinq keçirilməsi üçün hüquq-mühafizə orqanlarına təlimat verib. Paşinyan bilmək istəyir ki, bu etiketlərin, xüsusiyyətlərin, bölünmələrin “küləyi haradan əsir” və həmin mövzuların spekulyasiyasında kimlər “yan-yanadırlar”. Hazırkı vəziyyətin nümayiş etdirilməsi üçün manevr etmək mümkündür və Ermənistan hakimiyyəti bu mövzunun kəskinləşdirilməsinə meyilli deyil. Vəziyyətin daha aydın şəkildə təsvir edilməsi üçün artıq Paşinyanın təlimatı ilə bu mövzunun dərin monitorinqinə başlanılıb”, - deyə nəşrin yaydığı məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan  

“Past”: Paşinyan “ermənistanlı”, “qarabağlı” etiketləri ilə bağlı narahatlıq keçirir

2019/05/2018--1558161293.jpg
Oxunub: 660     11:25     18 May 2019    