Çin ABŞ-ın bu addımını sərt şəkildə pislədi

2019/05/17670-1558158792.jpg
Oxunub: 476     15:21     18 May 2019    
"İranın nüvə razılaşması BMT-nin səlahiyyətləri və beynəlxalq hüquq normalarına əsaslanan ciddi müqavilədir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Çinin dövlət müşaviri və Xarici İşlər naziri Vang Yi Pekində İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşündə bildirib.

Onun sözlərinə görə, Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə qarşıdır.

"Biz İranın mövcud vəziyyətini və narahatlığını anlayırıq, öz maraqlarını müdafiə etməsini dəstəkləyirik. İranın nüvə razılaşması BMT-nin səlahiyyətləri və beynəlxalq hüquq normalarına əsaslanan ciddi müqavilədir", - deyə Çin rəsmisi qeyd edib.

İranın Xarici İşlər naziri bildirib ki, ABŞ-İran münasibətlərinin gərginləşməsində məsuliyyət ölkəsinin üzərinə düşmür.

“Rəsmi Tehran nüvə razılaşmasından çıxmağı planlaşdırmayıb. İran müharibə deyil, Körfəz əhatəsində davamlı sülh və sabitliyin mövcudluğunu istəyir. Hörmüz boğazının beynəlxalq nəqliyyat kanalı statusunda olmasına ümid edirik.

İran Çinlə çoxtərəfli və ikitərəfli əlaqələrin inkişafında və bu münasibətlərin qorunmasında maraqlıdır”,- deyə Zərif vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Çin   Sanksiya  

Çin ABŞ-ın bu addımını sərt şəkildə pislədi

2019/05/17670-1558158792.jpg
Oxunub: 477     15:21     18 May 2019    