Müharibədən müharibəyə ədəbiyyat…

2019/05/Intro-1558158405.jpg
Oxunub: 1101     10:43     18 May 2019    
Müharibələr hər nə qədər faciələr gətirsə də, mədəniyyət, incəsənət abidələrini məhv etsə də kinonun, teatrın, ədəbiyyatın ilham mənbəyi olaraq qalır. Bu sahələr bir növ faciələrdən qidalanır. Lakin bu dəfə mən digər rakursdan bəhs edəcəyəm.

Hər bir dövlətin, millətin hər hansı müharibəsi zamanı ədəbiyyatı da hərəkətverici qüvvəyə çevrilir. Bunsuz xalqı birləşdirmək, qalib gəlmək çətin məsələdir. İstər müharibəyə səsləmək, istərsə də qələbəni tərrənnüm etməklə millətin genetik yaddaşını ədəbiyyat öz əlləriylə qurur. Bəli, bu müharibə ədəbiyyatı bəzən miflərdən, bəzənsə uydurulmuş qəhrəmanlıq salnamələrindən ibarət olur. Tarix başlanğıcını elə miflərdən götürmürmü?

İstənilən halda millətin gələcək uğurlarına, ərazi bütövlüyünə hesablanmış bu mif ədəbiyyatlarının xidməti qiymətsiz və dəyərsizdir. İstər Avropa, istər Asiya, istərsə Yaxın Şərqdəki prosesləri kənara qoyaraq bir qədər lokallaşmağa ehtiyac var. İkinci Dünya müharibəsi zamanı elə Azərbaycanda Sovet rəhbərliyinin də xüsusi nəzarəti ilə şair, yazıçıların öz əsərlərində xalqda ruh yüksəkliyi yaratması müharibədə özünəməxsus yer tuturdu. Qələbədən sonra qələbə tərənnümləri, bir qədər mifləşdirilmiş salnamələr bu gün də genefondda oturuşub qalır. Halbuki, bu Azərbaycanın müharibəsi deyildi. Amma ədəbiyyat, incəsənət burada mükəmməl işini görə bilib.

Bəs müasir Azərbaycanda necə? Biz ədəbiyyatımız, incəsənətimizlə Qarabağ həqiqətlərini nə qədər işıqlandıra bilirik? Və ya bu hadisələr nə qədər və hansı dərəcədə bədiiləşə bilib?

Daha çox 90-ların yetirməsi olan gənclərdə, müasir dövrdə bu işartılar görünməyə başlayıb. Sevindirici haldır. Baxmayaraq ki, bu yeni gəncliyin ilham mənbəyi də 90-ların faciəsindən qaynaqlanır. Amma fərdi faciələrin yaratdığı ədəbiyyat gələcək ümummilli faciələrin qarşısını kəsə bilər.

Sadəcə bu şair, yazıçılar “tribuna vətəni”ndən azad olmalıdır.

Fransız ədibi Mopassanın gombul əsəri hamımıza tanışdır. Əsərdə Fransa-Prussiya müharibəsi zamanı alman əsgərlərinin Fransada işğal zamanı əməllərindən bəhs edilir. Müəllif hər nə qədər ölkəsindəki sosial problemləri, bəzi vətənsevərlərin əslində bu şüarları qazanc mənbəyinə çevirməsindən bəhs etsə də daxilindəki fransız qanı, Fransa torpağına olan sevgi onu dinc buraxmır.

Fransız fahişəsi qəhrəmanlığın, vətənsevərliyin zirvəsinə qaldırılır. Ölkədəki bütün problemlərə, haqsızlığa baxmayaraq əxlaqsız fransız qadının içində belə vətəninə sevgi var. Fransız qanına hörmət və sayqı duyur.

Dünya ədibləri öz əxlaqsız qadınından belə vətənsevər, qəhrəman düzəldərkən biz gerçək Qarabağ qəhrəmanlarımızdan nə qədər ədəbiyyatımızda yararlana bilirik? Onları nə qədər bədiiləşdirə bildik? Məsələ də bundadır.

Tək aprel döyüşləri bizim üçün ən azından yeni salnamələrin başlanğıcıdır.

Emin Piri
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müharibə   Ədəbiyyat  

Müharibədən müharibəyə ədəbiyyat…

2019/05/Intro-1558158405.jpg
Oxunub: 1102     10:43     18 May 2019    