MILEX-2019| IE: Azərbaycana müasir anten avadanlıqlarımızı və maçtalarımızı təklif edə bilərik (MÜSAHİBƏ)

2019/05/60459-1558097170.jpg
Oxunub: 1524     16:26     17 May 2019    
“Azərbaycanın müdafiə sənaye müəssisələrinə əsasən rabitə vasitələrinin imkanlarının artırılması üçün müasir anten avadanlıqlarımızı, maçtalarımızı, serverlərin və məlumatların yüksək qorunma səviyyəsini təmin edən texnologiyalarımızı, o cümlədən şirkətimizin digər imkanlarından istifadə etməyi təklif edə bilərik”.

Ordu.az MILEX-2019 sərgisində iştirak edən Belarusun “Impressa-Engineering” direktoru Aleksandr Smirnov ilə müsahibəni təqdim edir:

- Salam cənab direktor, şirkətiniz barədə məlumat verə bilərsinizmi?

- 2008-ci ildə yaradılan “Impressa-Engineering”çoxprofilli şirkətinin əsas fəaliyyət istiqamətlərinə təhlükəsizliyi təmin edən qəza-axtarış-xilasetmə vasitələri, hərbi təyinatlı məhsullar, xüsusilə rabitə və antenlər, sınaq avadanlıqları, yanğın maşınlarının standart və əlavə dəstləri, tibbi təlim üçün təlim qurğuları və s. aiddir.

- Stendiniz kifayət qədər zəngindir. Rəhbərlik etdiyiniz “Impressa-Engineering” şirkəti fəaliyyətə başladığı dövrdə istehsal etdiyi məhsul və ya onun analoqlarını bu sərgidə təqdim edirmi?

- Şirkətin ilkin məhsulları FHN-in yangınsöndürən avtomobillərinin avtomatlaşdırılmasından ibarət olub. Hazirda da bizim istehsal etdiyimiz məhsullar arasında bir çox xüsusi texniki vasitələri avtomatlaşdırmağa imkan verən fərqli avadanlıqlar mövcuddur.

- Şirkətin sonrakı fəaliyyət istiqaməti nədən ibarət oldu? Necə oldu ki, müdafiə sənayesinin aparıcı şirkətlərindən birinə çevrildiniz?

- Çox keçmədi ki, bizim yaratdığımız sistemlər Minsk metro parkının avtomatlaşdırılan idarəetməsində tətbiq edidi. Zəmanət və zəmanət sonrası servis xidmətini də həyata keçirdik.

- Sonradan isə şirkət hərbi təyinatlı məhsulların hazırlanması üçün təkliflər aldı, əvvəlcə İtaliyadan rabitə maşınlarının anten maçtalarını idxal edirdik, sonra isə özümüzün inkişaf etdirdiyimiz antenləri hazırlayıb, italyanlardan lisenziya aldıq. Onların sınaqları da həm hərbçilərin, həm ekspertlərin, həm də hər iki şirkətin mütəxəssislərinin iştirakı ilə uğurla həyata keçirildi. Hazırda İtaliya-Belarus birgə məhsulları kütləvi istehsal xəttindədir. Şərginin salonundan kənardakı açıq meydançada təqdim edilən yerli hərbi texnikaların üzərində olan maçtaların demək olar ki, hamısı “Impressa-Engineering” məhsuludur.

“Impressa-Engineering” LTD şirkəti əsasən xüsusi təyinatlı nəqliyyat vasitələrində texniki proseslərin avtomatlaşdırılması, rabitə vasitələri üçün anten maçtalarının və yardımçı avadanlıqların istehsalı ilə məşğul olur. Şirkət layihələri texniki tapşırıqların hazırlanmasından məhsulların kütləvi istehsal prosesinə qədər dəstəkləyir.

Açıq meydançada gördüyünüz “AGAT - İdarəetmə Sistemləri” tərəfindən hazırlanan R-414MBRP “Sosna-2” radio-rele stansiyası üzərində quraşdırılan teleskopik maçta da bizim şirkət tərəfində istehsal edilib. Silahlı Qüvvələrin idarəetmə məntəqələrinin rabitə qovşaqlarının və ərazi rabitə dayaq mərkəzlərinin bir hissəsi kimi istifadə olunan radiostansiya üzərindəki maçta 30 metr yüksəkliyindədir, onun açılma müddəti 25 dəqiqə, yığılması isə 23 dəqiqədir. Şirkətin məhsulları içində 40 tona qədər maçtalar mövcuddur və onların hamısı bir nəfər tərəfindən idarə olunur.

- Azərbaycan güc strukturları və müdafiə sənaye şirkətləri ilə əməkdaşlığınız hansı səviyyədədir?

- Belarus ilə demək olar ki, bütün sahələrdə aktiv əməkdaşlıq edən Azərbaycanla birbaşa əlaqələrimizin olmaması təssüf doğurur. Lakin məhsullarımızın digər şirkətlərin Azərbaycana ixrac etdiyi texnika və avadanlıqların tərkibində istifadəsi istisna deyil. Bəlli səbəblərdən bunu açıqlamaq doğru olmazdı. Bu sərgi çərçivəsində stendimizi Azərbaycan nümayəndələri ziyarət edərək əlaqə yaratmaqda maraqlı olduqlarını bildiriblər, bu əlaqələrin yaradılması bizim də maraqlarımıza uyğundur. Qarşılıqlı informasiya mübadiləsi də aparılıb. Ümid edirik ki, yaxın zamanlarda, həm də Sizin köməyinizlə birbaşa əməkdaşlıq əlaqələrimizin təməli qoyulacaq.

- Əməkdaşlığınız yaranacaq təqdirdə Azərbaycan tərəfinə hansı perspektiv avadanlıqları təklif edə bilərsiniz?

- Azərbaycanın müdafiə sənaye müəssisələrinə əsasən rabitə vasitələrinin imkanlarının artırılması üçün müasir anten avadanlıqlarımızı, maçtalarımızı, serverlərin və məlumatların yüksək qorunma səviyyəsini təmin edən texnologiyalarımızı və şirkətimizin digər imkanlarından istifadə etməyi təklif edə bilərik.

- Müsahibəyə görə təşəkkür edirik.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Impressa-Engineering   MILEX-2019  

MILEX-2019| IE: Azərbaycana müasir anten avadanlıqlarımızı və maçtalarımızı təklif edə bilərik (MÜSAHİBƏ)

2019/05/60459-1558097170.jpg
Oxunub: 1525     16:26     17 May 2019    