“Tsargrad”: İrəvanın yeni hakimiyyəti Moskvada şübhələr yaratmağa başlayıb

2019/05/image-1558093897.jpg
Oxunub: 438     17:43     17 May 2019    
“Azərbaycan və Ermənistan münasibətlərində, Ermənistan və Rusiya münasibətlərində olduğu kimi dəyişikliklər baş verməyib. Mayın 11-də Bişkek atəşkəs bəyannaməsinin imzalanmasının 25 illiyi tamam olub. Lakin Qarabağ münaqişəsi məsələsi həll olunmayıb”.

Ordu.az xəbər verir ki, Moskvanın “Tsargrad.tv” kanalı Paşinyanın Baş nazir kimi fəaliyyətinin 1 illik dövrünün müxtəlif istiqamətlər üzrə yekununu təqdim edib.

Rusiya ilə dostluq hansı vəziyyətdədir?

Paşinyanın səlahiyyətinin 1 illiyi barədə onun yürütdüyü xarici siyasət haqqında danışmadan yekun vurmaq mümkün deyil. Elə öncədən İrəvanın yeni hakimiyyəti Moskvada şübhələr yaratmağa başlayıb. Paşinyanın partiyasının nə vaxtsa Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibindən Ermənistanın çıxması məsələsini irəli sürdüklərini xatırlamaqla “doğrudanmı o, Vaşinqtondan göndərilən Soros agenti deyil” deyə, Rusiyada düşünürdülər.

Paşinyanın ilk addımlarından biri KTMT-nin o dövrdəki Baş katibi Yuri Xaçaturovun həbsi və Kremlin qədim dostu Robert Köçəryana qarşı təqib olub. Ermənistan hakimiyyəti rus biznesini təmsil edən şirkətlərdə yoxlamalara başladı. Təbii qazın satış qiyməti ilə bağlı da ziddiyətlər mövcuddur. Bütün bunlara baxmayaraq, mənfi irəliləyişlər baş verməyib. Paşinyan hər bir çıxışında bəyan edir ki, Rusiya Ermənistanın müttəfiqidir. KTMT və AİƏT təşkilatına üzvlük isə geri dönməzdir.

Bu müttəfiqlik istənilən halda qərblə əməkdaşlıq etməyə mane olmur.

Qarabağ məsələsində buzlar hələ əriməyib

Azərbaycan və Ermənistan münasibətlərində, Ermənistan və Rusiya münasibətlərində olduğu kimi dəyişikliklər baş verməyib. Mayın 11-də Bişkek atəşkəs bəyannaməsinin imzalanmasının 25 illiyi tamam olub. Lakin Qarabağ münaqişəsi məsələsi həll olunmayıb. Yeganə irəliləyiş kimi onu qeyd etmək olar ki, aprel gərginliyindən sonra 2 ölkə liderlərinin görüşü baş tutub. Bu görüş cari ilin martın 30-da Vyanada olub.

Həmçinin Xarici İşlər nazirləri səviyyəsində görüşlər bərpa edildi. Mnatsakanyan və Məmmədyarov əsirlərin dəyişdirilməsi və hər iki tərəfin KİV nümayəndələrinin səfərlərinin tezləşdirilməsinə dair razılaşma əldə ediblər. Lakin bunlar hələlik kosmetik fəaliyyətlərdir. İlham Əliyev üçün Serj Sarkisyan dövründə olduğu qədər Paşinyanla razılaşmaq heç də az mürəkkəb olmayacaq. Paşinyan danışıqlar prosesinə Qarabağ (qondarma qurum-red.) tərəfini də cəlb etmək istəyir. Öz qərarını isə xalqla razılaşdıracağına vəd verib. Paşinyanın 1 illik Baş nazirlik dövrü bax belə olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-Rusiya   Paşinyan  

“Tsargrad”: İrəvanın yeni hakimiyyəti Moskvada şübhələr yaratmağa başlayıb

2019/05/image-1558093897.jpg
Oxunub: 439     17:43     17 May 2019    