“Köçəryan hərbi qulluqçulara 120 milyon dram maddi vəsaiti niyə paylayırdı?” - Davtyan

2019/05/2008--1558093102.jpg
Oxunub: 417     16:57     17 May 2019    
“Öz vəzifə borclarını yerinə yetirən hərbi qulluqçulara siyahı üzrə qeyri-dövlət vəsaitlərinin paylanılmasının məntiqi nədən ibarət idi?”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokuroru Artur Davtyan, “1 Mart” hadisəsi ilə bağlı ilkin məhkəmə iclasında Robert Köçəryanın həbsinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən bildirib.

Onun sözlərinə görə, həmin vaxt Ermənistan ordusunun və Silahlı Qüvvələrinin siyasi proseslərə müdaxiləsini qanuniləşdirmək üçün fövqaladə vəziyyət elan edilib.

“Belə olan halda sual yaranır, öz vəzifə borclarını yerinə yetirən hərbi qulluqçulara siyahı üzrə qeyri-dövlət vəsaitlərinin paylanılmasının məntiqi nədən ibarət idi? İş üzrə əldə edilən obyektiv sübutlara əsasən qeyri-dövlət vəsaitləri hesabına cinayət işi üzrə ittiham edilən digər şəxslərin əmrlərinə əsasən 120 milyon dram paytaxtda yerləşən hərbi qulluqçulara müvafiq qaydada paylanılıb”, - deyə o xatırladıb.

Davtyan, həmçinin bildirib ki, fövqaladə vəziyyət elan olduğu halda insanların konstitusiya hüquqları məhdudlaşdırılır.

“O cümlədən toplanışlar keçirilməsi qadağan olunur. Bütün bunlar Ermənistanda seçkilərin başa çatmadığı bir vaxtda, həmçinin Konstitusiya məhkəməsinin mübahisəli məqamlar haqqında qərar qəbul etmədiyi bir vaxtda baş verib”, - deyə o bildirib.

Erməni Baş prokuror bəzi həmkarlarının Konstitusiya məhkəməsinin hakiminin ifadəsini əsas gətirərək bir sıra faktları inkar etməyə cəhd etdiklərini vurğulayıb.

“Hakimi Prezident Administrasiyasından zəng edərək çağırsalar da, o, getməyib. Robert Köçəryan indiyə qədər bu mübahisənin həlli zamanı hakimin nə üçün Prezident Administrasiyasına çağırılmasına dair açıqlama verməyib. Təqsirləndirilən tərəf kimi Köçəryanın bu məsələyə aydınlıq gətirəcəyinə ümid edirəm. Başqa bir şahidin verdiyi ifadəyə görə, Prezident Administrasiyasının rəhbəri tərəfindən Konstitusiya məhkəməsinin hakiminin davranışına öncədən tələb irəli sürməsi sübut olunur. Nəticədə, həmin hakim qeyd edilən mübahisənin həllində iştirak etmir”, - deyə erməni prokuror sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Köçəryan   Hərbi-qulluçu   Korrupsiya  

“Köçəryan hərbi qulluqçulara 120 milyon dram maddi vəsaiti niyə paylayırdı?” - Davtyan

2019/05/2008--1558093102.jpg
Oxunub: 418     16:57     17 May 2019    