Milli Qəhrəman Qasım Rzayevin yaşadığı evdə xatirə barelyefi açılıb - FOTOLAR

2019/05/60256-1558092953.jpg
Oxunub: 1674     15:29     17 May 2019    
Milli Qəhrəman Qasım Rzayevin yaşadığı evdə xatirə barelyefi açılıb.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Qasım Rzayevin keçdiyi döyüş yolundan, vətənimizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

Milli Qəhramanın qardaşı Valeh Rzayev qardaşının xatirəsinə göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildirib.

Qasım Rzayev 1970-ci il mayın 5-də Tovuz rayonunun Əlibəyli kəndində doğulub. 1987-ci ildə Sovet Ordusu sıralarına çağrılıb. Ukrayna Respublikasının Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət edib. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndində könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşüb.

O, rayonun Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə mübarizə aparıb. Qasım idarə etdiyi maşına atıcı vasitə quraşdıraraq, düşmənin başına od ələyib.

1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca yaranan gərgin vəziyyətdə, sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olublar. Hər dəfə onlar qarşılarında Qasımın dəstəsini görüblər. Fevralın 11-də ermənlərin Əlibəyli kəndi ərazisində “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənilirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutaraq günortaya yaxın düşmənin həmləsini dəf edib. Həmin döyüşdə ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilib.

1992-ci il mayın 14-də isə... Düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçib. Qasım yenə də, özünü hadisə yerinə yetirib. Güllə yağışı altında qurğunu mərmi ilə dolduraraq, atəş nöqtələrini müəyən edərək, bir-birinin ardınca 20 raket atəşi ilə ermənilərin əllidən çox döyüşçüsünü, dörd top və iki tankını məhv edib. Həmin döyüşdə çox keçmədən ermənilər yenidən top atəşinə başlayıblar. Mərmilərdən biri maşının düz üstünə düşüb. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşub.

Azərbaycan Respubilkası Prezidentinin 1993-cü il fevralın 5-də 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qasım Əlibəyli kənd qəbristanlığında dəfn olunub. Hacallı kənd orta məktəbi onun adını daşıyır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəman   Qasım-Rzayev  

Milli Qəhrəman Qasım Rzayevin yaşadığı evdə xatirə barelyefi açılıb - FOTOLAR

2019/05/60256-1558092953.jpg
Oxunub: 1675     15:29     17 May 2019    