Ermənistanda vilayət rəhbərinin qardaşı ehtiyatda olan polkovniki döydü

2019/05/17219-1558092020.jpg
Oxunub: 316     19:46     17 May 2019    
Ermənistanda Kotayk vilayət rəhbərinin qardaşı ilə ehtiyatda olan polkovnik arasında dava baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Kotayk vilayət rəhbərinin 28 yaşlı qardaşının iştirakı ilə baş verən münaqişəyə dair ziddiyyətli məlumatlar yayılır. Lakin bir şey dəqiqdir ki, vilayət rəhbəri Romanos Petrosyanın qardaşı münaqişə iştirakçısıdır.

Əldə edilən məlumatlara görə, o və Qetamec kəndində yaşayan 39 yaşlı kişi arasında baş verən mübahisə qəflətən baş versə də, bu münaqişənin kökləri vilayət rəhbərinin qardaşının fəaliyyəti ilə bağlı daha əvvələ gedib çıxır.

Hələlik başqa məlumat olmasa da, bəzi şayiələrə görə, 39 yaşlı kişi Abovyan şəhərində vilayət rəhbərinin qardaşını görərək, onu söhbət etmək üçün saxlayıb.

Bu müddət ərzində Ruben Petrosyan onu təhqir edərək, bir neçə zərbə vurub. Həmin şəxs öz BMW markalı avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Bundan sonra vilayət rəhbərinin qardaşı idarə etdiyi “Jiquli” markalı avtomobili ilə onu təqib edib və arxadan onun avtomobilini vurub. Həmin şəxs də, vilayət rəhbərinin qardaşına zərbə endirib.

Hadisə Nor Hacni körpüsündən Abovyan şəhərinə gedən istiqamətdə baş verib.

Bildirilir ki, 39 yaşlı kişi “İravunki Sahman” şirkətinin direktorudur. Əvvəllər hüquqi mühafizə orqanlarında və Ermənistan Silahlı Qüvvələrində xidmət edib. Hazırda ehtiyatda olan polkovnikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Dava  

Ermənistanda vilayət rəhbərinin qardaşı ehtiyatda olan polkovniki döydü

2019/05/17219-1558092020.jpg
Oxunub: 317     19:46     17 May 2019    