“Trampla Paşinyan arasında görüş baş tutmayacaq” - Sarkisyan

2019/05/41715-1558078967.jpg
Oxunub: 545     16:41     17 May 2019    
“Ermənistan rəhbərinin onun qədər ABŞ tərəfini tənqid etmədiyinə dair bəyanatı qəbuledilməzdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Amerika-Erməninistan Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan deyib.

O, Paşinyanın iki həftəyədək Vaşintonda olduğunu, ABŞ Müdafiə naziri katibinin müavini Devid Traxtenberq və ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mark Esperlə görüşdüyünü bildirib.

Sarkisyan, həmçinin onun respublikaçı və demokrat elmi mərkəzlərində, dövlət qurumlarında, eyni zamanda erməni lobbisi nümayəndələri ilə görüşdüyü və müzakirələr apardığını qeyd edib: “Paşinyanın əsas məqsədi bu şəhərin nəbzini, siyasi qərarların necə qəbul olunmasını, siyası gələcəyin necə formalaşdırılmasını, olduğumuz bölgəyə, Ermənistana qarşı hansı münasibətin olduğunu, ABŞ-Rusiya münasibətlərini hansı inkişaf gözlədiyini, ABŞ-İran münasibətlərinin isə necə olacağını hiss etmək olub. Eyni zamanda doğurdanmı Ermənistan hakimiyyəti manevr etməyə qadir olduğunu dərk etmək istəyib”.

Erməni politoloq inqilabdan bir il sonra ABŞ hakimiyyət orqanları tərəfindən Ermənistan barədə nə düşündüklərini ifadə edərkən qeyd edib ki, münasibətlərin daha da dərinləşdiriləcəyinə ümid edilirdi.

“Paşinyanın ABŞ-la münasibətdə daha suveren qərarlar qəbul edəcəyi gözlənilirdi. Demokratik institutların təşkil edilməsində Ermənistana yardım və dəstək verilməsi hazır idi. Lakin Paşinyanın ABŞ-ın kifayət qədər yardım etmədiyi barədə son iki bəyanatı həm maliyyə, həm də dəstək baxımından həqiqəti əks etdirmir”, - deyə Sarkisyan qeyd edib.
O bildirib ki, ilin əvvəlində Ermənistan üçün 6.8 mln dollar dəstək nəzərdə tutulmuşdusa, artıq indiki məqamadək 19 mln dollar yardım edilib. Eyni zamanda bildirilir ki, strateji dialoq çərçivəsində də bir neçə imzalanan sənəd çərçivəsində əlavə yardım ediləcəyi nəzərdə tutulur.

Sarksiyan hesab edir ki, Ermənistan daha təşəbbüskar tərəf kimi çıxış edərək müəyyən konkret layihələrin maliyyələşdirilməsi üçün ABŞ tərəfinə müraciət edə bilərdi.

ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun simasında inqilabdan sonra Qarabağ məsələsində də fəallıq nümayiş etdirməsinə toxunan Sarkisyan bunları deyib: “Məyus olduğunu deməsə də, ABŞ tərəfi münaqişənin nizamlanmasında fəal iştirakçı olaraq qalmaqda davam etdiyini və bundan imtina etmək niyyətində olmadığını qeyd edib. Həmçinin münaqişə tərəfi olan hər iki ölkənin Xarici İşlər nazirinin Vaşinqtonda görüşməsi təklifi ilə bağlı yayılan məlumatlarda da ABŞ fəallıq nümayiş etdirib”.

Rusiyaya qarşı Ermənistan hakimiyyətinin isti münasibətinə görə ABŞ-ın Ermənistana qarşı müəyyən soyuq münasibətinə gəldikdə isə Suren Sarkisyan qeyd edib ki, Ermənistan Baş nazirinin son iki bəyanatı əlbəttə ABŞ-da mənfi qəbul edilib.

“Xüsusilə heç bir Ermənistan rəhbərinin onun qədər ABŞ tərəfini tənqid etmədiyinə dair Paşinyanın bəyanatı qəbuledilməzdir. Digər bəynatı isə inqilabdan sonra ABŞ-ın Ermənistana sıfır yardım etməsinə dair açıqlamasından ibarətdir. Hər iki açıqlama ABŞ-da mənfi qarşılanıb. Bu açıqlamalar ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edir. Erməni palamentində sorosçuların, rus meyilli olan, yeni və köhnə hakimiyyətin tərəfdarı olan deputatlar var. ABŞ tərəfi belə bir hakimiyyətlə necə əməkdaşlıq edir?” , - deyə o istehza ilə vurğulayıb.

Kadır siyasətində Ermənistan hakimiyyəti ilə bağlı heç bir əlaqəsinin olmadığını, bunu daxili iş hesab etdiyini qeyd edib.

“Sorosçulara gəldikdə isə ABŞ prezidenti Tramp və Corc Sorosun şəxsi düşmənçiliyi var. Bu, Sorosla ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun da şəxsi problemidir. Cənubi Qafqaz ölkələri ilə müqayisə etdikdə Ermənistan üçüncü yerdə qərarlaşıb. ABŞ üçün Azərbaycan və Gürcüstan strateji əhəmiyyət daşıyan ölkələrdirsə, Ermənistan ABŞ üçün yüksək prioritet statusu təşkil edən ölkədir. Bu barədə Con Bolton bölgəyə səfəri zamanı açıq aşkar bəyan edib.

Ermənistan xüsusilə biznes və iqtisadiyyat sahəsində daha fəal iş aparmalıdır. 192 dövlət içində Ermənistan ABŞ-la ticarət tərəfdaşlığında 170-ci yerdə qərara tutub. Bunun biabırçı nəticə olduğunu bildirirəm. Azərbaycan isə bu siyahıda 107-ci yerdədir. Dövlət rəhbərlərinin diqqətində olan məsələlər olmayınca Paşinyanla Trampın görüşü baş tutmayacaq”, - deyə Sarkisyan əlavə edib.

Xatırladaq ki, Tramp-Paşinyan görüşünün baş tutmaması ilə yanaşı, heç dövlət katibi-Xarici İşlər naziri, Müdafiə nazirinin katibi və Müdafiə naziri ilə görüşlər baş tutmayıb. Son 2-3 il ərzində isə bu səviyyədə görüşlər ümumiyyətlə baş tutmayıb.

Əlbəttə, erməni lobbisi və himayədarlarının Ermənistanla bağlı öz təsəvvürləri var. Lakin bu təsəvvürlər erməni hakimiyyətinin mövqeyi ilə üst-üstə düşədə bilər, düşməyədə…

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Tramp  

“Trampla Paşinyan arasında görüş baş tutmayacaq” - Sarkisyan

2019/05/41715-1558078967.jpg
Oxunub: 546     16:41     17 May 2019    