“Bu, münaqişə zonasında müharibə deməkdir” - Skakov narahatdır

2019/05/37330-1558078851.jpg
Oxunub: 526     15:39     17 May 2019    
“Məhz bu, nizamlanma prosesində dalana dirənməkdir və ya münaqişə zonasında müharibə təhdididir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Skakov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistanda inqilabdan sonra baş verən proses hələ də davam edir.

“Tərəflərin bir-birindən nə gözləyə biləcəyini dərk etmələrinə baxmayaraq, onlar son ayların dinamikası üzrə hərəkət etməyə davam edirlər. Ona görə ki, bunun alternativi nizamlanma prosesində dalana dirənib”, - deyə o qeyd edib.

O, mayın 13-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri və nazirlərinin səviyyəsində Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində qısa təmasları belə dəyərləndirib: “Fəal görüşlər hazırda cəbhə xəttində vəziyyətin sabit saxlanılması məqsədini daşıyır. Tərəflər dərk edir ki, bir-birinə qarşı atılacaq addımlar olmadan bu görüşlərdə vəziyyət gözlənilməz olaraq qalır. Tərəflərdən biri tələb edir ki, ciddi danışıqlara keçid edilsin. Digəri isə Qarabağın (qondarma qurum-red) iştirakı olmadan bunun mümkün olmadığını bildirir. Məhz bu, nizamlanma prosesində dalana dirənməkdir və ya münaqişə zonasında müharibə təhdididir”.

Skakov qeyd edib ki, həmçinin tərəflər ötən aylarda tətbiq etdikləri hərbi ritorikadan, münbit mühitin yaradılmasının zəruriliyindən, humanitar layihələr həyata keçirmələrinə hazır olmaları barədə dediklərindən birdəfəlik əl çəkə bilmirlər.

“Lakin mən yaranmış vəziyyətdə cəbhə xəttində vəziyyətin dəyişməsini proqnozlaşdırırdım. Ona görə ki, tərəflər ciddi məsələlərin müzakirəsindən kifayət qədər uzaqdırlar. Tərəflər hələ də güzəştlərə getməli olduqlarını dərk etmirlər. Təəssüf ki, mən tərəflərin dalana dirənmiş davranış tərzi ilə danışıqlar prosesinə daxil olmaqlarından başqa perspektiv görmürəm. Yəni on illərdir davam edən nizamlama prosesinin axarını dəyişəcək mövqe yoxdur. Əgər bu yoxdursa, əslində təhlükələr də eyni olaraq qalmaqda davam edir.

Yenilik sadəcə görüşlərin və təmasların intensivləşməsidir. İstəklər isə təkrar edirəm, uzunmüddətli prosesə zəmanət verməyən layihələrin həyata keçirilməsidir. Bir gün bu layihələr əsasında da söhbətlər güzəştsiz mövqelər və müxtəlif gözləntilər səbəbindən dayandırıla bilər. İstənilən halda, neçə ki, görüşürlər bu cür də təmaslar təşkil edilir. Bu isə o deməkdir ki, müəyyən proses, bu proseslərdən gözləntilər var və bu təmaslar konkret indiki məqamda müharibə təhdidini neytrallaşdırır” , - deyə Skakov sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

“Bu, münaqişə zonasında müharibə deməkdir” - Skakov narahatdır

2019/05/37330-1558078851.jpg
Oxunub: 529     15:39     17 May 2019    