Azərbaycanın Qarabağa dönmək üçün hərbi əməliyyat aparmağa kifayət qədər gücü var – EKSKLÜZİV

2019/05/1-154-1558005858.jpg
Oxunub: 3624     16:43     16 May 2019    
“Qarabağ münaqişəsini hərbi baxımdan nəzərdən keçirsək, yeni hərbi əməliyyatlar başlayacaq və tezliklə başa çatacaq. Bunun üçün Azərbaycan kifayət qədər gücə malikdir. Azərbaycan ordusu, döyüş aviasiyası da daxil olmaqla, illər ərzində uzun və çətin inkişaf yolu keçib. Azərbaycan Ordusu güclüdür və təcavüzü dəf etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən əmri yerinə yetirməyə hazırdır”.

Ordu.az Azərbaycan Hava Qüvvələrinin keçmiş pilotu, kapitan Yuri Çumakla eksklüziv müsahibəni təqdim edir:

- Yuri Vasileviç, bizə özünüz barədə məlumat verin.

- Mən 23 aprel 1958-ci ildə Moldova SSR-də doğulmuşam. Sonra ailəm Ukraynayanın Xerson şəhərinə köçdü, ordakı 52 saylı məktəbdə təhsil aldım. 1975-ci ildə Sızran Ali Hərbi Aviasiya Məktəbinə daxil oldum və 1979-cu ildə oranı leytenant-mühəndis kimi bitirdim. Bundan sonra Zabaykal Hərbi Dairəsində, Əfqanıstanda, Mozambikdə və Baltik ölkələrində xidmət etdim. Bölmə komandiri təyin edilərək kapitan rütbəsinə qədər xidmət etdim.

- Nə vaxt və hansı şəraitdə Azərbaycana gəldiniz?

- Azərbaycanda ilk dəfə 1990-cı ilin sonunda gəldim. Əhalinin təxliyyəsinə qatılaraq, demək olar ki, bütün kəndlərə uçurdum və insanların nə ilə qarşılaşdığını, necə yaşadığını görürdüm. Artıq mən o zaman başa düşdüm ki, Sovet İttifaqının rəsmi orqanları Azərbaycan xalqı ilə ədalətsiz davranırlar.

1992-ci ilin dekabrında könüllü olaraq Mi-8 helikopterində pilot-şturman olan yoldaşım Valeri Kondraşovla birlikdə Bakıya gəldim. Azərbaycan Ordusuna könüllü gəlməyimim səbəbi barədə suala öncədən cavab verim ki, mən həmkarlarımla xəbərləri izləyirdik, təhlil edirdik və qısa zamanda yekun nəticəyə gəldik ki, rəsmi mənbələr Azərbaycanla bağlı yalan məlumatlar (Xocalı hadisələri) verirlər, xalq və onun ərazisinə ədalətsiz yanaşırlar. Sonra insanlara kömək etmək arzusu yarandı. Yeri gəlmişkən, xəbərlərdə mən artıq Azərbaycan Ordusunda xidmət edən yoldaşlarım Aleksey Şvaryovu və Sergey Tuvaevi görmüşdüm.

- Azərbaycanda Sizin vəzifələriniz nədən ibarət idi?

- Əvvəla, demək istəyirəm ki, 1992-ci il Azərbaycan Hərbi Hava Qüvvələrinin hissələrinin formalaşmasının başlanması ili idi. Hərbi pilotları çox az idi və çatışmırdı, belə ki, Zabrat aviasiya dəstəsinin mülki pilotlarını döyüş vəzifələrinin yerinə yetirilməsinə cəlb etməyə məcbur olurdular. Döyüş təcrübəsinə malik olmayan bu pilotlar döyüş missiyalarını həyata keçirirdilər. Olarda vətənpərvərlik, döyüş vəzifələrinin mənasını aydın şəkildə anlamaq, xalqına və ölkəsinə olan məhəbbət hissi yüksək idi. Mən bu insanlarla tanış olduğuma və onlara əlimdən gələni kömək etdiyimə görə qürur hissi duyuram.

Bakıya gəldikdən sonra dərhal Dağlıq Qarabağa uçuşlar başladı - əhalinin və yaralı əsgərlərin təxliyyəsi, ordunun maraqlarına uyğun döyüş tapşırıqlarının həyata keçirilməsi, Hərbi Hava Qüvvələrinin təyyarə ekipajlarının axtarış-xilasetmə əməliyyatları və s.

Yeri gəlmişkən Ağdam rayonunda vurulan MiQ-25 təyyarəsinin pilotu Telman Hüseynovun axtarış-xilasetmə işlərində mən də iştirak etmişəm. Mənim ekipajım həmin vaxt komanda məntəqəsində idi və biz raketin təyyarəni vurduğunu gördük. Tezliklə helikopteri işə saldım, ikinci mühərriki havada çalışdırdım. Pilot Hüseynov müvəffəqiyyətlə xilas edildi.

MiQ-25-in ikinci pilotu Mixail Astafyevi isə cəbhə xəttini keçərək, düşmən arxasında axtarış və xilasetmə əməliyyatları apararaq qurtardıq.

- Bildiyimiz qədər Siz Kəlbəcər və Zəngilanda azərbaycanlı mülki əhalinin evakuasiya olunmasında və onların ermənilərin qaçılmaz repressiyalarından xilas edilməsində iştirak etmisiniz...

- Bəli, bu olub. Mən Kəlbəcər rayonundan mülki əhalinin evakuasiya edilməsi, həmçinin aşırım ilə geri çəkilən Azərbaycan Ordusunun əsgərlərinin çıxarılması, xilas edilməsi və axtarış işləri ilə məşğul olmuşam. Ekipajlarımız əlverişsiz hava şəraitində gündə 8-9 saat uçdular.

- Hər zaman hərbi aerodroma uğurla geri dönmək mümkün olurdu?

- Həmişə yox. 1993-cü ilin aprel ayının əvvəlində mənim helikopterim Kəlbəcər rayonu ərazisində erməni qoşunlarının "Qrad" qurğusundan açılan atəşlə vuruldu. Onlar mülki vətəndaşlar qalan əraziləri də atəşə tuturdular.

- Atəşkəsdən sonra nə etdiniz?

- Müharibə başa çatdıqdan sonra təlimatçı pilot Paxnev Yuri İvanoviçlə birlikdə Azərbaycan Hərbi Hava Qüvvələri üçün bir qrup pilot hazırladıq. Son vəzifəm Qala hava bazasının komandir müavini oldu.

- Azərbaycandan uzaqda da Qarabağ ətrafında baş verən hadisələri izləyisinizmi? Azərbaycan Ordusunun mövcud potensialını necə qiymətləndirirsiniz? Münaqişə həllini necə görürsünüz?

- Qarabağ münaqişəsini hərbi baxımdan nəzərdən keçirsək, yeni hərbi əməliyyatlar başlayacaq və tezliklə başa çatacaq. Bunun üçün Azərbaycan kifayət qədər gücə malikdir. Azərbaycan ordusu, döyüş aviasiyası da daxil olmaqla, illər ərzində uzun və çətin inkişaf yolu keçib. Azərbaycan Ordusu güclüdür və təcavüzü dəf etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən əmri yerinə yetirməyə hazırdır.

Lakin bu münaqişəyə böyük ölkələrin maraqları cəlb olunub və Qafqaz belə bir şəkildə yaşayır ki, əgər hardasa bir atəş alovlansa, çox sayda millətlər istəmədən bu münaqişəyə qarışacaq.

Mən həm də xatırlatmaq istərdim ki, yalnız Dağlıq Qarabağ deyil, həmçinin onun ətrafındakı və ondan 5 dəfə böyük ərazilərə malik Azərbaycan rayonları da işğal olunub. Mən Qarabağın Azərbaycanın iqtisadiyyatına inteqrasiyasını münaqişənin həll yollarından biri hesab edirəm. Əminəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıdacaq, mütləq ölkə iqtisadiyyatına inteqrasiya edəcək və insanlar evlərinə dönəcəklər. Azərbaycan həm maddi, həm də müdrik insanları ilə zəngin və güclü ölkədir. Azərbaycanın torpaqların qaytarılması məqsədi də xeyirxahdır.

Haqq-ədalət Sizin tərəfinizdədir.

Sonda mən həm şəhid olan, həm də rəhmətə gedən, həm sağ qalan öz döyüş yoldaşlarımı xatırlamaq istəyirəm ki, azərbaycanlı gənclər onları tanısınlar və onlar haqqında biliklərə sahib olsunlar.

Mi-24 pilotu Vasili Qalyaev, Mi-24 eskadrilyasının komandiri.
Pilot-şturman Valeri Kondrashov. 1993-cü il aprelin 4-də Murovdağda Azərbaycan HHM qüvvələrinin "dost" atəşi ilə Mi-8 helikopteri səhvən vuruldu və Valeri Merkulov, Viktor Kondraşov və Rasim Mustafindən ibarət bütün ekipaj şəhid oldu.
Mi-24 pilotu İqor Kostyuk. 1993-cü ilin mart ayında Ağdərə rayonunda İqor Kostyukun komandiri olduğu Mi-24 vuruldu. Ekipaj təcili eniş etməyi bacardı, axtarış və xilasetmə qrupu tərəfindən evakuasiya edildi.
Mi-24 pilot operatoru Aleksandr Mizyak. 1993-cü il avqustun 30-da Qubadlı rayonunda Feyruz Cəlilovun, Aleksandr Mizyakın və Arif Maralıyevin idarə etdiyi Mi-24 vuruldu. Bütün ekipaj şəhid oldu.
Bu helikopter 1992-ci ilin yayında Qubadlı rayonunda erməni işğalçılarından qənimət olaraq ələ keçirilən Mi-24 idi.
Su-24 pilotu Dontsov Andrey Sergeyeviç, Kürdəmir aviasiya alayının komandir müavini.
Təlimatçı pilot Paxnev Yuri İvanoviç.
Mi-8 helikopter eskadrilyasının komandiri Komkov Oleq İvanoviç.
Mi-8 helikopter pilotu Kalyanov Georgiy İvanoviç.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Müharibə  

Azərbaycanın Qarabağa dönmək üçün hərbi əməliyyat aparmağa kifayət qədər gücü var – EKSKLÜZİV

2019/05/1-154-1558005858.jpg
Oxunub: 3625     16:43     16 May 2019    