Qəzada ölən erməni hərbi qulluqçu ailənin yeganə övladı olub - DETALLAR

2019/05/75567-1557993272.jpg
Oxunub: 505     11:49     16 May 2019    
“Mayın 14-də Ural-4310 markalı “Kamaz” avtomobilində baş verən qəza zamanı ölən hərbi qulluqçu ailənin yeganə övladı idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni hərbi qulluqçunun nənəsi deyib.

Onun sözlərinə görə, Ararat Xeçumyan İrəvan Dövlət Universitetinin radiofizika fakultəsinin tələbəsi olub.

“Xeçumyan ailənin yeganə övladı idi. İrəvan Dövlət Universitetinin radiofizika fakultəsində oxuyurdu. Birinci kursdan orduya çağırılıb. Nəvəm taekvando və şahmatla məşgul olub, həmçinin beynəlxalq yarışlarda iştirak edib. O, İrəvanın Nor Areş məhəlləsinin sakini idi.

Anası fövqəladə hallar nazirliyində işləyir. Hadisə İcevan rayonun ön xətt mövqelərindən atəş sahəsinə gələrkən yolda baş verib” , - deyə erməni hərbi qulluqçunun nənəsi qeyd edib.

İlkin məlumata görə, “Kamaz” markalı avtomobil yüklənmədən aşıb və maşında 4 nəfər olub.

Xeçumyan avtomobilin yük yerində olan malların tökülməsi nəticəsində aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər 3 hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xatırladaq ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində məlumat verib.
"İlkin məlumatlara görə, bu gün Ermənistan Silahlı Qüvvələrində, Qafan hərbi komissarlığından çağırılmış, 1999-cu il təvəllüdlü kiçik çavuş, Ararat Simon Xeçumyan bədbəxt hadisə nəticəsində ölüb", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qəza   Ölüm  

Qəzada ölən erməni hərbi qulluqçu ailənin yeganə övladı olub - DETALLAR

2019/05/75567-1557993272.jpg
Oxunub: 508     11:49     16 May 2019    