MILEX-2019: “Diqqətimiz idarəolunan ağır aviasiya sursatlarının istehsalına yönəlib” – MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/05/60437-3115978708.jpg
Oxunub: 2742     10:43     16 May 2019    
“Azərbaycanın cəlb edildiyi münaqişəni, ümumiyyətlə regional hərbi siyasi faktorları nəzərə alsaq, silah-sursat idxalından asılılıq məsələsinin olduqca ciddi bir məsələ olduğunu görərik. Buna görə də, hərbi sənayemizdə və onun istehsal proseslərində xarici komponentlərin iştirakı və onlardan asılılıq minimuma endirilməlidir”.

Ordu.az Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin MILEX-2019 sərgisində iştiarak edən “Şərq” İstesalat Birliyinin Baş direktorunun müşaviri Fərrux Vəzirovla eksklüziv müsahibəni təqdim edir:

- Salam Fərrux bəy. Bildiyimiz qədər Azərbaycan Müdafiə Sənayesinin məhsulları Belarusda 9-cu dəfə keçirilən Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində ilk dəfə milli stendlə təqdim edilir. Bu barədə fikirləriniz maraqlıdır.

- İlk öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycan davamlı olaraq yüksək siyasi və hərbi-texniki əlaqələrə malik olduğu Belarus Respublikasında keçirilən sərgilərdə daim iştirak edib. Belarus bizim stateji tərəfdaşmız olduğu üçün onlar tərəfindən təqdim olunan texnika və silah sistemlərini daim maraqla izləyirik. Buna görə də Azərbaycan mütəmadi olaraq bu kimi tədbirlərə öz nümayəndə heyətlərini göndərib. Lakin bu il biz ilk dəfə olaraq öz milli stendimizlə iştirak edirik, bu isə bizim üçün irəliyə doğru bir addımdır. Bu tədbirlər hər iki ölkə arasında mövcud olan, xüsusilə də hərbi-texniki sahədəki əməkdaşlıq səviyyəsinin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Çünki hər hansı bir stend sadəcə marketinq məqsədi daşımır, bu həm də texniki baxımdan tərəfdaş axtarışı, sənaye şirkətləri ilə ikitərəfli əlaqələrin və məlumat mübadiləsinin yaxşılaşdırılması deməkdir.

- Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığı hansı səviyyədədir?

- Bizim, bu gün bu sərgidə iştirakımız Belarus və Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə yüksəlməsi üçün atılan müsbət addımlardan biridir. Hazırda hər iki ölkə arasında istənilən sahədə, o cümlədən siyasi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq özünün pik dövrünü yaşayır. Hər iki ölkə bir-birini müxtəlif beynəlxalq platformalarda tam dəstəkləyir. Hər iki ölkənin istehsal etdiyi istənilən məhsul həm Bakı üçün, həm də Minsk üçün əlçatandır. Belarus və Azərbaycan arasında münasibətlər əls dostluq və qardaşlıq nümunəsidir.

Gələcəkdə də birgə həyata keçiriləcək layihələrdə müdafiə sənayeçiləri bu faktorları nəzərə almalı, diqqətlərini bu faktorlara paralel istiamətlərə yönəltməlidirlər. Azərbaycan sənayesinin həm Belarus, həm də digər tərəfdaş ölkələrlə hərbi texniki əməkdaşlığının gücləndirilməsi və inkişaf konsepsiyasının vacib istiqamətlərindən biri də məhz bundan ibarətdir.

- Bu sərgidə Azərbaycanı hansı müəssisələr təmsil edir və hansı silahlar nümayiş etdirilir?

- MILEX-2019 sərgisində Azərbaycanı Respublikasını Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr təmsil edir. Sərgidə snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. nümayiş etdirilir. Artıq Azərbaycanda istehsalı həyata keçirilən tank mərmiləri də bu sərgidədir.

- Azərbaycan Müdafiə Sənayesinin prioritet inkişaf istiqamətləri hansıdır?

- Azərbaycan Müdafiə Sənayesinin prioritet inkişaf istiqamətləri əsasən cəmiyyətimizin, xüsusilə Sülahlı Qüvvələrimizin ehtiyac duyduğu məhsulların istehsalını tam təmin etməkdən ibarətdir. Əsas istehsal prosesi müxtəlif çaplı atıcı silah, pulemyot, antimaterial snayperlər və onların döyüş sursatlarının istehsalına yönəlib. Zavodlardan biri yalnız müasir optik nişangah istehsalı ilə məşğul olur. Digər prioritet istiqamət isə yüksək texnologiyalı məhsulların, məsələn idarəolunan ağır aviasiya sursatlarının, daha müasir kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatlarının istehsalına yönəlib.

- MSN-in inkişaf strategiyasının məqsədi nədən ibarətdir?

- MSN-in inkişaf strategiyasının əsəs məqsədi Silahlı Qüvvələrin silah və sursatla təchizatında yerli istehsal miqyasını artırmaqla, ölkənin idxaldan aslılığını minimuma endirməkdən ibarətdir. Düşünürəm ki, bu bir çox ölkələrin müdafiə sənayesinə xas olan bir məqsəddir. Lakin Azərbaycanın cəlb edildiyi münaqişəni, ümumiyyətlə regional hərbi siyasi faktorları nəzərə alsaq, silah-sursat idxalından asılılıq məsələsinin olduqca ciddi bir məsələ olduğunu görərik. Buna görə də, hərbi sənayemizdə və onun istehsal proseslərində xarici komponentlərin iştirakı və onlardan asılılıq minimuma endirilməlidir. MSN bu istiqamətdə artıq ciddi nəticələr əldə edib.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MİLEX-2019   Azərbaycan-Belarus   Sərgi  

MILEX-2019: “Diqqətimiz idarəolunan ağır aviasiya sursatlarının istehsalına yönəlib” – MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/05/60437-3115978708.jpg
Oxunub: 2743     10:43     16 May 2019    