İŞİD terrorçuları İraqda polis əməkdaşlarına hücum edib

2019/05/iraqq-1557984679.jpg
Oxunub: 337     09:28     16 May 2019    
İŞİD terrorçuları İraqda polis əməkdaşlarına hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Kərkükdə baş verib.

Məlumata görə, terrorçuların federal polis əməkdaşlarına ayrı-ayrılıqda iki hücumu zamanı 6 asayiş keşikçisi həlak olub.

Qeyd edilir ki, ilk hücum Riyad qəsəbəsində, Ələviyə yaxınlığında baş verib. Terrorçuların avtomatlardan açdıqları atəş nəticəsində 4 polis əməkdaşı öldürülüb.

Rəşad qəsəbəsinin Telsuse kəndi yaxınlığında polisə hücum edən İŞİD silahlıları daha 2 polisi öldürüblər.

Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyatların başlanıldığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İŞİD   İraq   Kərkük  

İŞİD terrorçuları İraqda polis əməkdaşlarına hücum edib

2019/05/iraqq-1557984679.jpg
Oxunub: 340     09:28     16 May 2019    