Türkiyə və Rusiya İdlib məsələsinə dair birgə işçi qrupu yaradacaq

2019/05/880x4-1557925427.jpg
Oxunub: 316     17:12     15 May 2019    
Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyətlə əlaqədar Türkiyə ilə Rusiya arasında birgə işçi qrupu yaradılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə razılaşmanın iki ölkə prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındakı danışıqlar zamanı əldə edildiyini bildirib.

“Rejimin hücumları dayandırması lazımdır. Rejimin zəmanətçiləri İran və Rusiyadır. İran və Rusiyanın bu məsələdə öhdəlikləri var. Bizim oradakı nəzarət nöqtələrimizə hücum olmayıb. Bu məsələdə sıxıntımız yoxdur, amma narahatıq. Bu hücumlar əsnasında hər an hər şey baş verə bilər. Bunun dayandırılması üçün səylər göstəririk”, - deyən türkiyəli nazir Suriyadakı daxili münaqişəyə son qoymaq üçün mühüm addımların atıldığı bir vaxtda İdlibə hücumlar üzündən hər şeyin bərbad ola biləcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İdlib   Suriya   Türkiyə  

Türkiyə və Rusiya İdlib məsələsinə dair birgə işçi qrupu yaradacaq

2019/05/880x4-1557925427.jpg
Oxunub: 319     17:12     15 May 2019    