Milli Qəhrəman Cəlil Səfərovun anım günüdür

2019/05/25387-1557922613.jpg
Oxunub: 568     16:16     15 May 2019    
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun anım günüdür.

Ordu.az xəbər verir ki, Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

O, C.Naxçıvanski adına Hərbi Məktəbi, Vladiqafqaz və Saratov şəhərlərində ali hərbi təhsil alıb, keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edib. 1992-ci ildə Azərbaycana qayıdıb, Şuşa istiqamətində topçu zabit kimi şücaətlə vuruşub, ad qazanıb. 1992-ci il mayın 15-də Turşsu-Zarıslı istiqamətindəki döyüşdə onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəman   Cəlil-Səfərov  

Milli Qəhrəman Cəlil Səfərovun anım günüdür

2019/05/25387-1557922613.jpg
Oxunub: 571     16:16     15 May 2019    