Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

2019/05/AAA15-1557922030.jpg
Oxunub: 826     09:45     16 May 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçuya məxsus avtomobilin qəzaya uğraması nəticəsində daha üç hərbçi qeyri-döyüş şəraitində xəsarət alıb.

Ordu.az xəbər verir ki, işğal altında olan Şuşa yaxınlığında “Mersedes” markalı avtomobil idarəetməni itirərək çaya aşıb.

Nəticədə altıncı dağ-atıcı alayının Qaqo Mailyan adlı zabitin onurğa sütunu, beşinci dağ-atıcı alayın Harut Arakelyan adlı hərbçinin çənə sümüyü sınıb, digər bir əsgər isə yüngül xəsarət alıb.

Hərbçilər Xankəndi xəstəxanasında təcili əməliyyat ediliblər. Həkimlər onurğası sınan zabitin ömürlük şikəst olacağını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var

2019/05/AAA15-1557922030.jpg
Oxunub: 827     09:45     16 May 2019    