Ermənistanda keçmiş döyüşçüyə hay-küy salmaması üçün pul təklif edirlər

2019/05/60668-1557917506.jpg
Oxunub: 584     16:50     15 May 2019    
Ermənistanda keçmiş döyüşçüyə torpaq sahəsinə görə hay-küy salmaması üçün pul təklif edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni döyüşçü, veteran Samvel Mkrtçyan bildirib.

O qeyd edib ki, sovet dövründən istifadəsində olan torpaq sahəsini boşaltmağı tələb edirlər. Mkrtçyan həmin torpaq sahəsini bar verən geniş meyvə bağına çevirdiyini qeyd edir. Bir həftə əvvəl isə həmin meyvə bağını dağıdıblar.

Məlum olub ki, 10 il bundan əvvəl ərazini erməni şirkəti “Artaşat” MMC alıb.

Mkrtçyan, bir sıra məmurlarla görüşüb, məsələdə ona yardım etmələrini xahiş edib. Dünən isə onu İrəvan şəhər rəhbərliyindən çağıraraq, torpaq sahiblərinin pul təklif etdiklərini deyiblər. Mkrtçyan “ArmLur.am” saytına qəzəblənmiş halda bildirib ki, o adamlarla iş birliyinin olmasını istəmir.

Xatırladaq ki, sözügedən şirkətin adı Ermənistanın keçmiş Baş naziri Hovik Abrahamyanla bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz   Hərbçi  

Ermənistanda keçmiş döyüşçüyə hay-küy salmaması üçün pul təklif edirlər

2019/05/60668-1557917506.jpg
Oxunub: 585     16:50     15 May 2019    