“Jamanak”: Metsamordakı “Yerkrapah” birliyində narazılıq getdikcə artır

2019/05/YYE3T-1557916342.jpg
Oxunub: 397     15:28     15 May 2019    
“Metsamor şəhərindəki “Yerkrapah” birliyində ciddi narazılıq yetişir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, buna səbəb Ermənistan Parlamentinin sabiq deputatı, “Yerkrapah” birliyinin keçmiş sədri, hazırda həbsdə olan general Manvel Qriqoryanın qardaşı, “böcək” ləqəbli Aşot Qriqoryanın hələ də Metsamor şəhər “Yerkrapah” birliyinə rəhbərlik etməsidir.

“Birliyin üzvlərinin sözlərinə görə, Qriqoryan uzun illər birliyin rəhbəri olaraq, sadə döyüşçülərin problemlərinə diqqətsiz yanaşıb. Onun dayağı isə qardaşı, “Yerkrapah”ın keçmiş sədri Manvel Qriqoryandır. Hazırda Manvel Qriqoryanın həbs olduğu bir vaxtda, Aşot Qriqoryanın yeni himayədarının kim olduğu naməlum qalır”, - deyə erməni nəşri yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Metsamor   Yerkrapah  

“Jamanak”: Metsamordakı “Yerkrapah” birliyində narazılıq getdikcə artır

2019/05/YYE3T-1557916342.jpg
Oxunub: 400     15:28     15 May 2019    