“Hərbi qulluqçularımız mövqelərini itirəcəklərindən narahatdır” - Şahnazaryan

2019/05/14865-3115831800.jpg
Oxunub: 1000     14:23     15 May 2019    
“Hərbi qulluqçular, mövqelərin bir çoxunun təminatının həyata keçirilməsinin təhlükə altına düşə biləcəyini, bəzi mövqeləri isə ümumiyyətlə itirə biləcəklərindən narahat olduqlarını bildirdilər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant Melik-Şahnazaryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Almaniyadan təbriklər daxil olur: “21 ədəd zirehli texnikanı səmərəli şəkildə ixtisara saldıqlarına görə təbriklər daxil olub. Hərbi texnikanı məhv edirik, budur sülhsevərlik...”.

Bir neçə gün öncə Qarabağda (qondarma qurum-red.) olduğunu qeyd edən, Şahnazaryan bir sıra hərbçilərlə görüşüb. Söhbət etdiyi hərbçilərin hamısının Azərbaycan ordusunun erməni mövqelərinə yaxın ərazilərdə mühəndis inşaat və bərkitmə işləri aparmasından narahat olduqlarını vurğulayıb.

“Hərbi qulluqçular, mövqelərin bir çoxunun təminatının həyata keçirilməsinin təhlükə altına düşə biləcəyini, bəzi mövqeləri isə ümumiyyətlə itirə biləcəklərindən narahat olduqlarını bildirdilər. Bu barədə şəkilləri də gördüm. Bunu “Lift razılaşması” adlandırılan görüşün nəticəsi hesab edirəm. Budur, Ermənistanda zirehli döyüş texnikasını məhv edirik. Mən bundan çox narahatam” , - deyə erməni politoloq şikayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Müharibə  

“Hərbi qulluqçularımız mövqelərini itirəcəklərindən narahatdır” - Şahnazaryan

2019/05/14865-3115831800.jpg
Oxunub: 1001     14:23     15 May 2019    