MSN-in iştirak etdiyi “MILEX-2019” sərgisinin açılışı olub - FOTO

2019/05/60331-1557915372.jpg
Oxunub: 939     14:11     15 May 2019    
Mayın 15-də Belarus Respublikasının Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisinin açılışı olub.

MSN-in Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, açılış mərasimində Belarusun Baş naziri tərəfindən Prezident Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. Rəsmi açılışda Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikalarından 170 şirkət iştirak edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.

Bu gün işinə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən əsasən ixrac yönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. məmulatlar nümayiş etdirilir.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 18-dək davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   MİLEX-2019  

MSN-in iştirak etdiyi “MILEX-2019” sərgisinin açılışı olub - FOTO

2019/05/60331-1557915372.jpg
Oxunub: 940     14:11     15 May 2019    