“Vaşinqtonda İlham Əliyev-Paşinyan görüşünün baş tutması gözlənilir” – Mnatsakanyan

2019/05/12158-1557911325.jpg
Oxunub: 391     13:05     15 May 2019    
“Növbəti mərhələnin baş tutması üçün müəyyən dəqiqləşdirmələri gözləyirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan Brüsseldə Şərq tərəfdaşlığının 10 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasdan sonra Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal edilən növbəti görüşünü şərh edərkən deyib.

O bildirib ki, növbəti mərhələnin baş tutması üçün müəyyən dəqiqləşdirmələri gözləyirlər: “Bəzi dəqiqləşmələri gözləyirik. Bu görüşün baş tutması üçün görüşü təşkil edən tərəf vaxtı və yeri dəqiqləşdirib razılaşdırmalıdır. Prinsip etibarilə heç bir problem yoxdur”.

O, həmçinin İlham Əliyev-Paşinyan görüşünün Vaşinqtonda keçirilməsinə də münasibət bildirib.

“Görüşün məhz Vaşinqtonda baş tutacağı gözlənilir. Təşkilatımdan qabaq bu barədə fikir bildirməyi uyğun görmürəm. Brüsseldə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdüm. Bu cür tədbirlərdə görüşmələr normal əlamətdir. Hər bir görüşdə hər hansı məqamların, məsələlərin müzakirə edilməsi mütləq deyil” , - deyə erməni XİN rəhbəri əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mnatsakanyan   Görüş  

“Vaşinqtonda İlham Əliyev-Paşinyan görüşünün baş tutması gözlənilir” – Mnatsakanyan

2019/05/12158-1557911325.jpg
Oxunub: 394     13:05     15 May 2019    