Belarus MILEX- 2019-da hansı bölmələr üzrə çıxış edəcək? – EKSPERT

2019/05/d1440-1557834615.jpg
Oxunub: 1108     15:45     14 May 2019    
Mayın 15-dən 18-nə qədər Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində MILEX-2019 9-cu Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi keçiriəcək.

Sərginin məqsədi müdafiə sənayesi müəssisələrinin və ikili təyinatlı avadanlıqlar istehsal edən müəssisələrin məhsul nümunələrinin nümayiş etdirilməsindən, müdafiə sənayesinin istehsalçıları və istehlakçıları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılmasından, istehsal edilən silah və avadanlıqların modernləşdirilməsi sahəsində müqavilələrin bağlanmasına imkan yaratmaqdan ibarət olacaq.

MILEX hər iki ildən bir, tək illərin may ayında "Belexpo" Sərgi Mərkəzində keçirilir. Sərgi mərkəzinin yenidən qurulması səbəbindən 2013-cü ildə sərgi keçirilməyib.

İki il əvvəl keçirilən MILEX-2017 sərgisini dünyanın 30 ölkəsindən 47 rəsmi nümayəndə heyəti, 48 ölkədən 200-dən çox işgüzar nümayəndə heyəti və 55000 insan, o cümlədən bu sahədə çalışan 12000 mütəxəssis ziyarət edib. Sərgini Belarus, Belçika, Böyük Britaniya, Almaniya, Qazaxıstan, Çin, Rusiya, Slovakiya, ABŞ və Fransadan olan 47 televiziya və radio şirkətini, informasiya agentliklərini təmsil edən 167 jurnalist işıqlandırıb. Sərgiyə 6 ölkədən 150-ə yaxın şirkət qatıldı.

Əsas iştirakçılardan biri də Belarusla yanaşı, Rusiyanın olacağı gözlənilir. "Rosoboronexport"un himayəsi altında 17 təşkilat və müəssisənin 35 tammiqyaslı nümunə daxil olmaqla 411 eksponat təqdim edəcəyi haqqında məlumatlar mövcuddur. Sərginin 27 ölkədən 55 rəsmi nümayəndə heyəti tərəfindən ziyarət ediləcəyi gözlənilir.

Ənənəvi olaraq sərginin əsas bölmələri silah, hərbi texnika və aerokosmik texnologiyalardan ibarət olacaq. 2019-cu ildə keçiriləcək sərginin ekspozisiyası obyektlərinin antiterror qorunması, polis avadanlıqları, hüquq-mühafizə orqanlarının xüsusi texniki vasitələri, qəza və fəlakətlərin qarşısının alınması kimi yeni bölmələr hesabına bir qədər də genişlənəcək.

Sərgidə müdafiə sənayesi şirkətləri aşağıdakı profillər üzrə məhsullar təqdim edəcək:

- Zirehli nəqliyyat vasitələri;
- Raket, artilleriya, atıcı silah və onların sursatları;
- Qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri;
- Yüksək texnologiyalı avadanlıqlar;
- Optik-elektron avadanlıqlar;
- Qoşunların təmin edilməsi üçün texniki vasitə və sistemlər;
- İnformasiya sistemləri və informasiya təhlükəsizliyi sistemləri;
- Nəqliyyat vasitələri;
- Uçuş naviqasiya sistemləri və avtomatik idarəetmə sistemləri;
- İkili məqsədli avadanlıq və texnologiyalar;
- Yol, tikinti, qaldırıcı maşın və mexanizmlər;
- Hərbi texnika və silahların modernləşdirilməsi və təmiri;
- Ali hərbi təhsil və təlim mərkəzləri;
- Fövqəladə vəziyyətlərdə və fəlakətlərdə istifadə edilən yanğınsöndürmə texnika və avadanlıqları;
- Hərbi elmi araşdırma bazası;
- Hərbi tibbi avadanlıqlar;
- Geyim və xüsusi ləvazimatlar;
- Fərdi zirehli avadanlıqlar.

Azərbaycan Respublikasının da Minskdə keşiriləcək 9-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgilərində geniş tərkibdə iştirak edəcəyi gözlənilir. Dörd gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır. Tədbirdə Azərbaycan Respublikasını Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr təmsil edəcək.

İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi MILEX-2019 sərgisində də əsasən ixrac yönümlü məhsullarını təqdim edəcək.

Sərgidə təqdim edilən yeni silah və texnikalar barədə əlavə məlumat veriləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILEX-2019   Belarus   Azərbaycan  

Belarus MILEX- 2019-da hansı bölmələr üzrə çıxış edəcək? – EKSPERT

2019/05/d1440-1557834615.jpg
Oxunub: 1109     15:45     14 May 2019    