"ABŞ-la İran arasındakı gərginlikdə müzakirə tərəfdarıyam" - Mogerini

2019/05/feder-1557834482.jpg
Oxunub: 650     16:01     14 May 2019    
“ABŞ-la İran arasındakı gərginlikdə müzakirə tərəfdarıyam”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

O, ABŞ Dövlət katibi Mayk Pompeonun Brüsseldə keçirdiyi görüşdə Aİ-nin İranı danışıqlar masasına qayıtması üçün yola gətirməsini tələb edib-etmədiyi sualını cavablandırıb.

"Bu (Pompeo ilə) görüşümüzdə tələb edilib. Bilirsiniz ki, Aİ olaraq İran məsələsi daxil olmaqla, hər zaman dialoq və diplomatik münasibətlər tərəfdarı olmuşuq. Biz hər zaman müzakirələr tərəfdarıyıq", - deyə Mogerini bildirib.

Aİ rəsmisi Pompeoya istər özünün, istər bəzi Aİ nazirlərinin İranla hərbi gərginliyi yüksəltməkdən qaçması çağırışı etdiyini bildirərək, İran rəhbərliyinin də nüvə müqaviləsindən irəli gələn bütün öhdəlikləri yerinə yetirməli olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Federika-Mogerini   ABŞ   İran  

"ABŞ-la İran arasındakı gərginlikdə müzakirə tərəfdarıyam" - Mogerini

2019/05/feder-1557834482.jpg
Oxunub: 651     16:01     14 May 2019    