Avropa İttifaqından Liviyadakı vəziyyətlə bağlı BƏYANAT

2019/05/liviy-1557833664.jpg
Oxunub: 334     15:32     14 May 2019    
Avropa İttifaqı (Aİ) silahlı lider Həftərə tabe qüvvələrin təxminən bir ay əvvəl paytaxt Tripoliyə başlatdığı əməliyyatın Liviyanın sabitliyinə və beynəlxalq sülhə təhlükə yaratdığını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Aİ Xarici İşlər Şurası toplantısından sonra bəyanat verib.

Bildirilir ki, Liviya Milli Ordusunun paytaxt Tripoliyə başlatdığı hərbi əməliyyat gərginliyi artırıb.

"Liviya Milli Ordusunun paytaxt Tripoliyə başlatdığı hərbi əməliyyat və sonra paytaxt daxili ilə ətrafında artan gərginlik, beynəlxalq sülh və təhlükəsizliyi, Liviyanın sabitliyini təhdid edir", - sözləri yer alıb.

Bəyanatda Həftərin hücumlarının ölkə daxilində terror riskinə də diqqət çəkilir.

"Aİ Liviyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə olan bağlılığını təkrarlayır", - deyə bəyanatda əlavə olunub.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Haftər paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum əmri vermiş, buna qarşı MRH qüvvələri də "Burkan əl-Qadab"əməliyyatı başlatmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Liviya-Milli-Ordusu  

Avropa İttifaqından Liviyadakı vəziyyətlə bağlı BƏYANAT

2019/05/liviy-1557833664.jpg
Oxunub: 337     15:32     14 May 2019    