Qarabağda ölən erməni əsgərin valideynləri: “Simon orduda qətlə yetirilib”

2019/05/15577-1557821171.jpg
Oxunub: 804     20:04     14 May 2019    
3 il əvvəl, işğal altında olan Qarabağda ölən erməni hərbi qulluqçunun valideynləri istintaq araşdırmasının yenidən aparılmasını tələb edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin fevral ayında işğal altında olan Qarabağın Hadrut rayonu ərazisində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissəsinin ön xətt mövqelərində döyüş növbətçiliyi apararkən ölən erməni hərbi qulluqçu Simon Cavrşyanın valideynləri və “Mənim Gümrüm” siyasi təşəbbüs qrupunun üzvləri keçirdiyi mətbuat konfransında ölüm faktı barədə istintaq araşdırmasının yenidən aparılmasını tələb etdiklərini bildiriblər.

Açılan cinayət işində qeyd edilir ki, Cavrşyan qarşı tərəfin snayperinin açdığı atəş nəticəsində ölüb.

Ermənistan Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun yaydığı rəsmi məlumatla razı olmayan ölən erməni hərbi qulluqçunun valideynləri bildirir ki, Cavrşyanın orduda qətlə yetirildiyinə dair kifayət qədər əsasları var.

Onların sözlərinə görə, əllərində olan məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, ölən hərbi qulluqçu baş nahiyyəsindən 8.6 mm çaplı silahdan aldığı odlu silah yarası nəticəsində ölüb. Lakin müstəqil erməni ekspertin verdiyi rəyə əsasən, ölüm faktı təmamilə başqa silahdan atəş açılması nəticətində baş verib.

Cavrşyanın bədənində küt alətlərlə zərbə izlərinin də olduğu qeyd olunur. Məhkəmə araşdırması isə bunun zorakılıq əlamətləri olmadığı qənaətinə gəlib.

Hazırda ölən erməni hərbi qulluqçunun valideynləri yeni araşdırma aparılmasını tələb edirlər. Bir ay əvvəl Ermənistan Hərbi Prokurorluğu cinayətin törədilməsində yeni məqamlar üzə çıxmadığına görə işin yenidən araşdırımasına dair müraciəti rədd edib.

Qeyd olunur ki, Ermənistan Baş naziri Nikol Paşinyana ünvanlanan müraciət də eyni səbəbdən rədd edilib.

Şikayətçi valideynlər, məsələ ilə bağlı Paşinyanın da məsuliyyətsiz davranışından sonra hökumət binası qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Zorakılıq  

Qarabağda ölən erməni əsgərin valideynləri: “Simon orduda qətlə yetirilib”

2019/05/15577-1557821171.jpg
Oxunub: 805     20:04     14 May 2019    