Qarabağda yaralanan erməni hərbi qulluqçunun huşu özünə gəlib

2019/05/06be2-1557745885.jpg
Oxunub: 436     15:22     13 May 2019    
“Qarabağın cənub-şərq istiqamətində açılan atəş nəticəsində ağır yaralanmış erməni hərbi qulluqçu, 21 yaşlı Aqanik Zoroqlyanın huşu özünə gəlib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

Onun sözlərinə görə, ağır yaralanmış erməni hərbi qulluqçunun səhhəti yaxşılaşıb.

“Aqanik Zoroqlyan mərkəzi hospitalda müalicə olunur. Artıq onun səhhətində irəliləyiş var və danışmağa başlayıb” , - deyə o qeyd edib.

Xatırladaq ki, erməni hərbi qulluqçu yaşadığı Rusiya Federasiyasından hərbi xidmət keçmək üçün Ermənistana qayıdıb. O, 2019-cü il mayın 4-də saat 16:05 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində təxribat törətməyə cəhd edərkən açılan atəş nəticəsində ağır yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qarabağda yaralanan erməni hərbi qulluqçunun huşu özünə gəlib

2019/05/06be2-1557745885.jpg
Oxunub: 437     15:22     13 May 2019    