"Əgər Şuşanı alsaydıq, Azərbaycan ordusunun ilk desantçıları kimi tarixə düşəcəkdik" - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/06/62543-1560162039.jpg
Oxunub: 3712     14:13     10 İyun 2019    
Döyüş meydanlarında, xüsusən də yaşayış məntəqələrində gedən döyüşlərdə düşmən qüvvələrinin darmadağın edilməsi üçün, desant hərbi hissələrin çiyninə xüsusi yük düşür. Desant yetişdirilməsi üçün uzun müddətli məşqlərin aparılması vacib hesab edilir. Lakin Azərbaycanda ordu sıralarının yeni formalaşdığı vaxtlarda hərbi desant qüvvələrinin yetişdirilməsinə uzun aylar deyil, cəmi 3 ay vaxt sərf edilib. Desant qüvvələrimiz Laçın, Kəlbəcər istiqamətində uğurlu nəticələr əldə edib.

Ordu.az Azərbaycanın ilk desantçılarından biri olan, Murad Əsgərovla eksklüziv müsahibəni təqdim edir:

Əsgərov Murad Niyaz oğlu 1974-cü il martın 17-də Qəbələ rayon Sileyli kəndində anadan olub. O, 1992-ci il mayın 31-də Azərbaycanın ilk Hava Desant Qoşunlarında xidmətə başlayıb.

- Murad bəy ordumuzun ilk desantlarından biri olmusunuz. Hərbi xidmətin ilk günlərindən söz açmağınızı xahiş edərəm. O zamankı desant hazırlığı hansı səviyyədə aparılırdı?

- Nəhayət ki, bu mövzuya müraciət olundu. Buna görə sizə səmimi minnətdarlığımı bildirirəm. Bizi desant qüvvələrinə gətirəndə Goranboyda yerləşən təlim poliqonuna apardılar. Süleymanov soyadlı milliyətcə tatar olan bir polkovnik vardı. Bizə əsas təlimləri o keçirdi. Onu deyim ki, ordumuzun yeni yaradılmasına baxmayaraq, desant hazırlığı yüksək səviyyədə təşkil edilmişdi. Çünki, Azərbaycanda ixtisaslı kadrlarımız az olduğundan, bizə təlimləri keçənlər Gəncədə yerləşən 104-cü desant diviziyanınm komandir heyəti idi.

İlk gündən çox ciddi təlimlər keçirdilər. Bizə dedilər ki, Şuşa şəhərində hərbi əməliyyatlar olacaq. Elə bunun üçün də Şuşanın geri alınmasında desant qüvvələri də istifadə olunacaq. May ayından ciddi təlimlər başladı, avqustun 18-də bizi real təcrübəyə apardılar. Təlimlərdən sonra ilk dəfə 1200 metr hündürlükdən tullandıq. Bir neçə günlük tullanış... Təlimlər uğurlu olduğundan bizi cəbhəyə apardılar. Əvvəl elə bildik ki, bizi buradan təyyarə ya da, helikopterlərlə Şuşaya atacaqlar. Amma belə olmadı, Mudrak soyadlı komandirimizin rəhbərliyi altında bizi avtomobillərlərlə Laçına apardılar.

- Sizi Laçına gətirməkdə məqsəd nə idi. Buradan Şuşaya hücum təşkil etmək, yoxsa necə?

- Xeyr, əvvəl bütün şəxsi heyət elə düşündük ki, bəlkə məsafə baxımından yaxınlaşdırırlar, ordan bizi helikopterlərlə Şuşaya atacaqlar. Amma ora çatanda bizə dedilər ki, burda aparılacaq hücum əməliyyatlarında iştirak etməliyik. O zamana qədər hamımız Şuşanın geri alınması üçün çox həvəsli idik.

Əgər Şuşanı alsaydıq, həm ilk Azərbaycan ordusunun desantçıları, həm də Şuşanı geri alan əsgərlər kimi tarixə düşəcəkdik. Uşaqlarımız düşməni necə məhv etmək haqqında öz fərziyyələrini danışırdılar. Amma təəssüf ki, bu bizim üçün elə fərziyyədə olaraq qaldı, reallaşmadı.

- Anlayıram, o zaman siz əsgər idiniz. Lakin nə deyirdilər, niyə Şuşaya desant atma planı ləğv edilmişdi?

- Doğrusu, bunu indi də bilmək bizim üçün çox xoş olardı. O planın pozulmasına əsas səbəbin nə olduğu bizə aydın olmadı. Sadəcə dedilər ki, bu plan ləğv olunub. Bizi 1992-ci ilin sentyabr ayının 12-də Kəlbəcərin Laçın rayonu istiqamətindəki Ərikli kəndinə apardılar. O, kənd Laçının Almalı kəndi ilə yanaşı idi. Almalı kəndi artıq ermənilər tərəfindən işğal edilmişdi. Elə ilk hücum əməliyyatlarımız da Almalı kəndinin işğaldan azad edilməsilə başladı.

Hücumlarımız 3 gün davam etdi. O, 3 gün ərzində işğalda olan 18 kəndimizi azad etdik. Laçının 18 kəndini bizim desant batalyonu azad elədi. Almalıdan Sarıbaba dağına qədər olan məsafəni ermənilərdən təmamilə təmizlədik. Təzəkənd, Qozlukənd, Ərdəşəvi, Vağazin, Ayıbaba və bir neçə kəndi azad etdikdən sonra Salatınkəndin üstündə dayanmağımız əmri verildi. Biz artıq orda mövqeləndik. Sarıbaba dağının təxminən 1 km məsafəsində idik. 3 aya qədər öz mövqelərimizi möhkəmləndirərək orda qaldıq.

- 3 aydan sonra əməliyyatlara davam edirdiniz, yoxsa geri çəkildiniz?

- Yox, qardaş, nə geri çəkilməsi... Biz orda elə mövqelənmişdik ki, düşmən bizə müqavimət belə göstərə bilməzdi. Aradan ötən aylar ərzində bir neçə dəfə həmlələr etdilər. Lakin lazımi cavablarını verib, yerlərində oturtduq. Aldığımız yerlərdə düşməni məhv etməyimiz bizə o qədər ruh verirdi ki, hücumun dayanmasını istəmirdik.

Lakin 1992-ci il dekabrın 28-də bizi həmin döyüş mövqelərimizdən geri çağırdılar. Yenə də heç bilinməyən səbəbdən, döyüşün qızğın vaxtı bizi mövqelərimizdən geri çıxardılar. Maşınlara yığılandan sonra Bakıya aparıldığımızı öyrəndik. Yenə də hansı məqsədlə çağırmaları hamımız üçün müəmma olaraq qaldı. Bizi Bakıdakı 103-104 saylı hərbi hissəyə yerləşdirdilər. Biz ordan çıxarıldıqdan sonra, azad etdiyimiz kəndlərin hamısı yenidən ermənilər tərəfindən işğal edildi.

- Bəs sonrakı proseslər necə cərəyan etdi? Əsas qüvvələrin lazım olduğu döyüş meydanında deyil, arxa cəbhədə olması nə ilə əlaqədar idi?

- Bakıda qaldığımız müddət ərzində heç bir təlim keçilmədi. Bir müddətdən sonra, 1993-cü ilin aprel ayında bizi həyəcan siqanlı ilə Şəmkir rayonuna gətirdilər. Şəmkirə getdikdən sonra desant hücum briqadasının ilk çavuşlarından biri də mən oldum. Çavuş rütbəsi aldıqdan sonra taqım komandiri vəzifəsinə təyin edildim. Ramazan Maqomedov bizim briqada komandirimiz oldu. Arzu Musayev və Vaqif İbrahimov vardı, onlar da komandir batalyon idilər, Ryazan desant məktəbini bitirb gəlmişdilər.

1993-cü il aprel ayında bizi Kəlbəcər istiqamətinə apardılar. Murovdağın üstündə Güzgü yüksəkliyi ermənilərdə, Koroğlu yüksəkliyi isə bizdə idi. Bir neçə gün orda qaldıqdan sonra bu dəfə də Tərtərə gətirilib, Ağdərənin Çaylı kəndindəki uşaq bağçasında yerləşdirildik. Elə ondan sonra, Ağdərə istiqamətində gedən bir çox döyüş əməliyyatlarında iştirak etdik, axırıncı döyüşümüz də, 1994-cü ilin may ayının 7-də Torpaqtəpə yüksəkliyində oldu.

Həmin yer Tərtərin Cəmilli kəndinin qabağında idi. Bizim batalyon Çaylı kəndində qərargahlanmışdı. Madaqizin üstündə də biz dururduq. 1994-cü il aprel 7-də döyüş başladı. Onda həm biz, həm də ermənilər tərəfindən xeyli itki olmuşdu, amma ermənilərə xeyli qüvvə köməyə gəldikdən sonra, biz Madaqizin üstündən geri çəkilməli olduq.

- Həmin əməliyyatı təfsilatı ilə danışmağınızı xahiş edirəm.

- Açığı deyim ki, ermənilərin gücü deyildi. Əmr edirdilər geri çəkilin, çəkilirdik, sabahı erməni həmin yeri tuturdu. Əməliyyatların birində biz Torpaqtəpəni ermənilərdən geri aldıq. Bir neçə gün sonra ermənilər onu almaq üçün xeyli qüvvə ilə bizə hücum etdilər. Torpaqtəpənin yanında ferma var idi, adına Vəzirin ferması deyilirdi. Onun yanında isə tut bağları var idi. Komandir bizə göstəriş verdi ki, bir neçə nəfərlə həmin tut bağlarının yanıda mövqe tutaq. Mən pulemyotçuları götürüb ora getdim. Ermənilərin yeganə qaçacağı yer ora olacağı üçün fermada mövqe tutmağımız vacib idi. Torpaqtəpə əməliyyatı başlayanda orda 150-200 erməni var idi. Onlar ordan qaçaraq biz durduğumuz yerə doğru gəlirdilər. Ermənilər bizə hardasa 3 yüz metr qalmış, onlara atəş açdıq və xeyli erməni məhv edə bildik.

- Nə zaman zabit kursuna getdiniz?

- Atəşkəsdən sonra mayın 25-də məni zabit kursuna göndərdilər. Amma ona kimi çavuş rütbəsilə taqım komandiri idim. 3 aylıq kursdan sonra kiçik leytenanat rütbəsilə hərbi xidmətə qayıtdım. 1994-cü il sentyabarın 20-də həbbi hissədə 2 ay taqım komandiri işlədikdən sonra, bölük komandiri oldum. 1999-cu il noyabrın 3-də ordudan tərxis olundum.

- Bu gün hərbi hissələrimizə gedirsinizmi, desant qüvvələrimizin indiki hazırlıq səviyyəsi sizi qane edirmi?

- Əlbətdə gedirəm, mən ehtiyatda olan zabit olsam da, bu ordunun əsgəriyəm. Hər zaman da özümü ordudakı kimi hiss edirəm. Bugünkü hazırlıq səviyyəsinə gəlincə isə onu deyə bilərəm ki, biz hələ o hazırlıqsız vaxtlarımızda o qədər uğurlu əməliyyatlar aparmışıqsa, bu gün ən yüksək səviyyədə olan hazırlıq fonunda daha çox uğur əldə edə bilərik.

Əsgərov Murad 1992-ci ilin oktyabrında Laçında mina partlayışında kantuziya alıb. O, Ağdamdakı hərbi hospitalda bir neçə gün qaldıqdan sonra yenidən hərbi xidmətə qayıdıb.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Desant-qüvvələri   Qarabağ-müharibəsi  

"Əgər Şuşanı alsaydıq, Azərbaycan ordusunun ilk desantçıları kimi tarixə düşəcəkdik" - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/06/62543-1560162039.jpg
Oxunub: 3713     14:13     10 İyun 2019    