Britaniyalı analitik: “Ermənistanın Rusiyaya dəstək olmaqla Suriyaya hərbi yardım göndərməsi faktdır”

2019/05/01-40-3115142556.jpg
Oxunub: 1772     14:43     11 May 2019    
“Aİ və ABŞ Ermənistanın ən ciddi maliyyə tərəfdaşı olsa da, Ermənistan hərbi siyasi və iqtisadi birlikləri Rusiya ilə təşkil edir. Buna görə də gözləntilər tarazlaşdırılmış və siyasi baxışlara müvafiq olmalıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni KİV-lərinə verdiyi müsahibəsində britaniyalı analitik Neyl Makfarleyn erməni-amerika münasibətlərinə toxunarkən bildirib.

Neyl Makfarleyn qeyd edib ki, istənilən münasibət hər iki tərəfin gözləntiləri və siyasi məqsədləri zərurəti üzərində qurulur və siyasi qərar olmadan hər hansı vəziyyət münasibətlərə təsir edə bilməz. Onun sözlərinə görə, qərb sadəcə demokratik islahatların həyata keçirilməsinə, qərb dəyərlərinin tətbiq edilməsi proseslərinə və bu layihələr hazır olduqda yardım edir.

“Ermənistanın yeni statusu daxili dəyişikliklərlə təsdiqlənməli və möhkəmlənməlidir. Qərb Ermənistana təqdim etdiyi layihələri yenidən nəzərdən keçirməlidir. Eyni hal ABŞ-la ikitərəfli münasibətlərdə də özünü büruzə verməlidir. Həmçinin nəzərə alınmaldır ki, Aİ və ABŞ Ermənistanın ən ciddi maliyyə tərəfdaşı olsa da, Ermənistan hərbi siyasi və iqtisadi birlikləri Rusiya ilə təşkil edir. Buna görə də gözləntilər tarazlaşdırılmış və siyasi baxışlara müvafiq olmalıdır. ABŞ-la yeni ikitərəfli münasibətlərin strateji dialoq şəklində qurulması yaxşı haldır. Bu münasibətlərin hər hansı şəkildə pozulmasına Rusiya Federasiyası ilə ABŞ-ın qarşıdurması da səbəb olur. Lakin bəzi hallarda tərəflərdən birinin tutduğu mövqe, o cümlədən Ermənistanın Rusiyaya dəstək olmaqla Suriyaya hərbi yardım göndərməsi faktdır. Bir sözlə ikitərəfli münasibətlərdə mövcud çətinlikləri nəzərə almaqla münasibətlərin yaradılmasına səy göstərilməlidir”, - deyə analitik fikirlərinə yekun vurub.

Xatırladaq ki, erməni-amerika münasibətlərinə toxunarkən Ermənistan baş naziri Nikol Paşinyan son müsahibəsində bildirib ki, Ermənistan istənilən münasibətlərdə yeni vəziyyətə uyğun siyasət uyğunlaşdırılmalıdır. O bildirib ki, erməni-amerika strateji dialoqu adlandırılan yeni format fəaliyyətə başlayıb. O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistanda baş verən daxili hadisələrə hər hansı şəkildə reaksiya verməyib. Bundan başqa Paşinyan daha öncə ABŞ-ı ən fəal tənqid edən Ermənistan rəhbəri olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ABŞ   Paşinyan  

Britaniyalı analitik: “Ermənistanın Rusiyaya dəstək olmaqla Suriyaya hərbi yardım göndərməsi faktdır”

2019/05/01-40-3115142556.jpg
Oxunub: 1773     14:43     11 May 2019    