Ermənilərin Şuşa məscidi ilə bağlı növbəti TƏXRİBATI

2019/05/shush-3115139392.jpg
Oxunub: 7045     14:09     11 May 2019    
Ermənistanın işğalı altında olan Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidinin “bərpası” üçün fəaliyyətlərə başlanıldığı bildirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumatda Şuşada Yuxarı Gövhər Ağa məscidinin “təmir” işlərinin “ldeA Fondu”nun vəsaitləri hesabına həyata keçiriləcəyi qeyd olunub.

İşlərin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Təxribat xarakterli layihə çərçivəsində İranın “Part Saman Jahan” memarlıq birliyi və iranlı mütəxəssislərin cəlb olunduğu iddia edilir. Proqramın həmkarı isə “Abidələr və görkəmli yerlərin beynəlxalq şurası” Ermənistan Milli Abidələr Komitəsi ICOMOS-dur.

Məscidin ciddi konstruktiv dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində olduğu kimi, divarlarında tarixi həqiqətlərə söykənməyən işlərin aparılacağı şübhəsizdir.

Qeyd edək ki, Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilib. Pənah хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil хan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub.

Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilib.

Ermənistan ordusu Şuşanı işğal edən zaman məscidi dağıdıblar və ərazini xaraba vəziyyətə salıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şuşa-məscidi   Ermənistan   Təxribat  

Ermənilərin Şuşa məscidi ilə bağlı növbəti TƏXRİBATI

2019/05/shush-3115139392.jpg
Oxunub: 7046     14:09     11 May 2019    