Putinin Ermənistana səfəri niyə uzun müddətə təxirə salındı? – EKSPERTLƏR

2019/05/QfBCn-1557558019.jpg
Oxunub: 2818     10:57     11 May 2019    
“Hakimiyyəti ələ aldıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qəbul edilməyən bəyanatlar verib və bu bəyanatlar narahatlıqlar yaradıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov eməni-rus münasibətləri və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib.

Tarasov hesab edir ki, Putinin səfərinin təxirə salınması birmənalı şəkildə bəzi problemlərin nəticəsidir.

“Hakimiyyəti ələ aldıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qəbul edilməyən bəyanatlar verib və bu bəyanatlar narahatlıqlar yaradıb. Bundan əvvəl baş verənlər də yenə düşündürücü idi. Rusiya hökuməti əvvəlki hakimiyyətlə əməkdaşlıq edirdi, ona görə ki, vəziyyətə hakim olduqlarına əmin idi. Hakimiyyət dəyişikliyinə yönəlmiş proseslərin inkişafı gözlənilməz olub. Fikrimcə Ermənistan hakimiyyəti daha adekvat siyasi bəyanatlar verməyə başlayıb”, - deyə o öz mövqeyini kəskin şəkildə ifadə edib.

Digər bir rus politoloq Aleksey Malaşenko bildirib ki, böyük qalmaqala səbəb olan KTMT-nin Baş katibi ətrafında yaranan vəziyyət Moskva tərəfindən diqqətdən kənar qala bilməzdi.

“Bu vəziyyət arzuolunmaz inkişaf prosesi idi. Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında qaldırılan müəyyən məsələlər onu deməyə əsas verir ki, Ermənistanın yeni hakimiyyətinin rus-erməni münasibətlərindən və inteqrasiya qurumlarından yeni gözləntiləri və yeni yanaşma tərzi var. Bunu başa düşmək və yaranmış yeni vəziyyət yeni yanaşma tərzi tələb edir. Hesab edirəm ki, bu uyğunlaşma mərhələsi hələ başa çatmayıb”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Ermənistan  

Putinin Ermənistana səfəri niyə uzun müddətə təxirə salındı? – EKSPERTLƏR

2019/05/QfBCn-1557558019.jpg
Oxunub: 2819     10:57     11 May 2019    