Ermənistanın ilk zərbə tipli PUA-sı da "feyk"dir: Hero-400ES gəzən döyüş sursatları (EKSPERT)

2019/09/maxre-1568619016.jpg
Oxunub: 2214     15:51     16 Sentyabr 2019    
Hərbi təyinatlı PUA-ların üstünlükləri yaxşı məlumdur: onlar az görüntülüdür, məhv edilməsi nisbətən çətindir, onların istifadəsi pilot kimi yüksək səviyyəli bir mütəxəssisin həyatına təhlükə törətmir və s.

İlk vaxtlar PUA-lardan adətən kəşfiyyat üçün istifadə olunurdu. Lakin bildiyimiz kimi onların zərbə funksiyasına malik olan modellərinin (“Orbiter”, “Harop”, “Predator” kimi) yaradılması Silahlı Qüvvələrin yüksək dəqiqlikli hücumlarının təmin edilməsində müstəsna rol oynayır.

“Predator”da pilot olmasa da, 4 milyon dollar dəyərində bir PUA-nın itirilməsi də təəssüf doğura bilər. Lakin daha kiçik və daha ucuz vasitələr də mövcuddur. Ümumilikdə PUA istehsalı sənayesinin inkişafı getdikcə həm aparatın, həm də idarəetmə sisteminin qiymətinin azalmasına gətirib çıxarır. Ümumiyyətlə, artıq zərbə PUA-ları özündə həm kəşfiyyat təyyarəsinin, həm qırıcı-bombardmançının məhdud sintezini birləşdirir. Bu sahənin getdikcə daha da geniş inkişaf edəcəyi şübhəsizdir.

“Orbiter” ailəsi və “Harop” barədə əvvəllər məlumat vermişik. Bu yazımızda isə Sizə fərqli xüsusiyyətlərə malik yeni “Hero-400ES” zərbə PUA-sı haqqında məlumat verəcəyik. Bu PUA-nın təqdimat üçün seçilməsinin başqa bir səbəbi də mövcuddur. Bir müddət öncə Ermənistan hərbi sənaye kompleksinin yerli PUA kimi təqdim etdiyi modelləri araşdırarkən məlum oldu ki, Ermənistanın “ProMAQ” şirkəti tərəfindən bir çox Rusiya və İsrail PUA-larının modelləri kopyalanıb və ictimaiyyətə milli məhsul kim təqdim edilib. Bunlardan biri də şirkətin HREEŞ adı ilə təqdim etdiyi, əslində isə İsrailin “Uvision Air” şirkətinin “Hero-400ES” zərbə vasitəsinin kiçik ölçülü kopyasıdır. Bunu sadə bir vətəndaş belə sadəcə kənardan seyr etməklə də təsdiq edə bilər.

Müştərinin istəyinə görə, bir nəfər operator tərəfindən idarə olunan “Hero-400ES” sistemi quru, dəniz və hava platformasına quraşdırıla bilər və ya katapultdan (istiqamətli relsdən) buraxıla bilər.

2017-ci ilin dekabrında nümayiş sınaqları zamanı Hero-400ES-lərin geniş diapazonlu gəzən döyüş sursatı sabit bir obyekti vurur

İsrailin “UVision Air” şirkəti “Hero-400ES” gəzən sursatını (Electric, Cruciform - Elektrikli, Xaçşəkilli) 8-ci texnoloji səviyyəyə qədər yüksəldib. Benzin mühərriki və sərt düz qanadlarla təchiz edilən əvvəlki “Hero-400” sisteminin inkişafı olan yeni “Hero- 400ES”, adı açıqlanmayan podratçı şirkət tərəfindən xüsusi olaraq hazırlanan yeni bir elektrik mühərriki ilə fərqlənir. Aşağı akustik və istilik əlamətləri olan elektrik mühərriki yüksək sürətlə kreyser rejimində və aşağı sürətdə kilidləmə rejimində uçmağa imkan verir. Korpusun qatlanan xaçşəkilli quyruğu (eyni şirkətin “Hero-30” yüngül gəzən sisteminin pərləri kimi) ilə dəyişdirilən hissəsi, məhdud bir şəhər ərazisində sabit və hərəkətli hədəflərə qarşı traektoriyanın son hissəsində daha yüksək dəqiqliyi, uzun müddət uçuş vaxtını, qaldırıcı qüvvəni və manevr imkanını təmin edir.

Yeni sistemin uzunluğu 2.1 metr, qanad açılımı 2.4 metr və maksimum çəkisi 40 kiloqramdır. Əvvəlki “Него-400” modeli kimi, 400ЕS də stabil optik-elektron stansiyaya və 40-150 km-lik birbaşa görünüşdə ikitərəfli rabitə kanalı ilə təchiz olunur. Lakin zərbə rejimində uçuşun müddəti 4 saatdan 2 saata qədər azaldılıb.

“Hero-400ES” sistemi bütün kəşfiyyat və müşahidə imkanlarını qoruyub saxlayır. Lakin əvvəlki “Hero-400” versiyasında 8 kq ağırlığında olan qəlpəli-fuqas partlayıcı sursat daha geniş spektrdə hədəflərə, o cümlədən tanklara qarşı mübarizə aparmaq üçün daha ağır, 10 kq çəkidə yeni universal döyüş başlığı ilə əvəzlənib. Zərbə tipli “Hero-400ES” PUA-sının fəaliyyəti üçün optimal hündürlük 5.5 km, axtarış rejimində uçuş sürəti isə 90-240 km/saatdır.

HREEŞ aparatının özünün kütləsi cəmi 7 kq, faydalı yükünün kütləsi isə 1.6 kq-dan çox deyil. PUA-nın uçuş hündürlüyünün 1 km, uçuş məsafəsinin 40-50 km-ə çatmaqla, rəqibin 20 km məsafədə birbaşa görüntüdən kənar olan gizli obyektlərini məhv etmək üçün nəzərdə tutulduğu iddia edilir. Döyüş başlığının avtomatik rejimdə zirehli vasitələr də daxil olmaqla, hər hansı bir hədəfə zərbə endirməyə qadir olduğu da iddia edilir. Burada 1.6 kq başlığın tanka qarşı olması da maraqlı səslənir.

Əgər ermənilərə inansaq, hərçənd buna heç bir əsasımız yoxdur, HREEŞ İsrailin “Hero-400ES” PUA-sından zərbə gücünə görə 5 dəfə, fəaliyyət radiusuna görə 3 dəfə, optimal yüksəkliyə görə 5.5 dəfə geri qalır. Reallıqda isə bu fərqin daha da yüksək olduğuna əminik.

HREEŞ-in digər texniki xüsusiyyətləri tam açıqlanmır. Buna görə də onun texnologi səviyyəsini təyin etmək mümkün deyil. Burada “ProMAG” şirkətinin bəzi elementlər üzərində fəaliyyətlərinin tamamlandığına da şübhə yaranır.

“ProMAG” şirkəti HRREŞ PUA-sının təkmilləşdirilən tapşırıqların ləğv edilməsi funksiyasına, kilidlənmə rejiminin avtomatik olaraq yenidən aktivləşdirilməsinə, sursatın yeni hədəfə yönləndirilməsinə və ya paraşütlə geri qaytarılmasına malik olduğunu iddia edir. Bu funksiyaları təmin edən sistemlərin Ermənistanın yerli istehsal müəssisələrində hazırlanması üçün maddi texnika baza mövcud deyil, lakin onların lisenziyasız versiyalarının hazır şəkildə əldə edilməsi mümkündür. HREEŞ-in ilkin dövrdə “Hero-400ES”in xüsusiyyətlərini tam əldə edəcəyi real görünməsə də, şirkətin bu istiqamətdə səy göstərdiyi aşkardır.

Əslində 6 km hündürlükdə fəaliyyət göstərən PUA-lar Ermənistana hava-su kimi lazımdır ki, DZRK və yaxın mənzilli idarəolunan sursatların atəşindən aparatları sığortalaya bilsinlər. Qonşu dövlətlərin arsenalında 12-14 km yüksəklikdə fəaliyyət göstərən PUA-ların 4-8 il əvvəl mövcud olduğu halda, Ermənistan HSK 1 km yüksəklilikdə uçacaq PUA-nı ictimaiyyətə ciddi milli nailiyyət kimi sırıyır.

Qayıdaq “Hero”lara, çünki HREEŞ-də diqqəti cəlb edəcək ciddi bir xüsusiyyətə rast gəlmədik.

Bir nəfər operator tərəfindən idarə olunan “Hero-400ES” zərbə PUA-sı müştərinin istəyinə görə quru, dəniz və ya hava platformasına quraşdırıla bilər və ya katapultdan (istiqamətli relsdən) buraxıla bilər. Onun əvvəlki versiyası “Hero-400” quyruqların sabit konfiqurasiyasına görə katapultdan, benzin mühərriki ilə əlaqədar isə dəniz platformasından buraxıla bilmirdi.

“Uvision Air” şirkətinin nümayəndəsi bildirib ki, onlar “Hero-400” apararatlarının orijinal versiyasına əsasən kəşfiyyat vəzifələri üçün ehtiyac duyduqları üçün onun istehsalını bu günə qədər davam etdirirlər: “Hələ ki, “Hero 400” istehsal edilir, lakin gəzən sursat kimi yalnız “400ES” məhsulu mövcuddur”.

Hazırda gəzən sursat bazarında daha geniş radiusda fəaliyyət göstərən, daha böyük gəzən sursat sistemlərinə ehtiyac yaranıb. Şirkət bu məqsədlə 3 kq portativ konteyner sisteminə və 0.5 kq döyüş başlığına sahib, birbaşa görüntüdə 5-40 km məsafədə əlaqə kanalına və 30 dəqiqə maksimum uçuş müddətinə malik “Hero-30” sistemini modernləşdirərək “Hero-400ES” gəzən sursat konsepsiyasını yaratdı. Hazırda şirkət, “Hero-30” sistemini daha üstün və modern bir səviyyəyə çatdırmaq üçün “Lethal Miniature Aerial Missile System” (LMAMS) proqramı çərçivəsində ABŞ-ın “Raytheon” korporasiyası ilə birləşib.

Şirkət öz 400ES sistemini bazara təqdim edib. 2017-ci ilin dekabrında adı açıqlanmayan müştərilər üçün ilk sistemin nümayişləri də keçirilib.

Şirkətin açıqlamasına görə, nümayişlər zamanı “hərəkət edən maşının və şəxsin müxtəlif əməliyyat ssenarilərindəki nümunəsindən istifadə edən sursat, hədəflərin izlənməsi və ələ keçirilməsi, həmçinin zərbə funksiyanın yerinə yetirilməsi və ləğv edilməsi qabiliyyətini tam təsdiqləyib. Hədəflərin yüksək dəqiqliklə məhv edilməsi imkanları da nümayiş etdirilib.

“Hero-400ES” sisteminin hazırlanması başqa bir sistemin inkişaf tarixini bir az ləngitdi. Konteynerdən buraxılan 12.5 kq ağırlığında olan “Hero-120” taktiki gəzən sursat sistemi, zirehli obyekt və qurğularla yaxın məsafələrdə mübarizə aparmaq üçün nəzərdə tutulurdu. 4.5 kq-lıq döyüş başlığı və sabitləşdirilən optik-elektron kameraları olan elektrik motorlu “Hero-120” sistemi 60 dəqiqəlik uçuş müddətinə və 60 km-ə qədər əlaqə kanalına malikdir. “Hero-120” sisteminin son hazırlıqları 2015-ci ilin sonuna planlaşdırılsa da, “Hero-400ES” sisteminə diqqətin artırılması bu fəaliyyətləri ləngitdi. “Hero-400ES” sursatlarının tamamlandığı üçün “Hero-120” aparatları üzərində çalışmaların sürətləndiriliyi ehtimal edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hero-400ES   PUA  

Ermənistanın ilk zərbə tipli PUA-sı da "feyk"dir: Hero-400ES gəzən döyüş sursatları (EKSPERT)

2019/09/maxre-1568619016.jpg
Oxunub: 2215     15:51     16 Sentyabr 2019    