Dəniz altında ASELSAN imzası - ZARGANA

2019/05/34534-3115468946.jpg
Oxunub: 1871     11:51     13 May 2019    
ASELSAN şirkəti 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin informasiya və rabitə ehtiyaclarının milli imkanlarla qarşılanması məqsədilə Türkiyə Silahlı Qüvvələrini Güçləndirmə Dərnəyinin (TSKGV) tərkibində yaradılıb.

ASELSAN səhmlərinin 74,20 %-i TSKGV-yə aiddir, 25,70 %-i isə İstanbul Birjasında (BİST) dövriyyədədir. ASELSAN Türkiyənin ən böyük müdafiə məqsədli elektronka qurumudur, başda TSQ olmaqla yerli və xarici bazarların rabitə və informasiya, PUA, RLS və REM, elektro-optik, avionika, yerüstü və dəniz silah sistemləri, HHM və raket sistemləri, idarəetmə və nəzarət texnologiyaları, nəqliyyat, təhlükəsizlik, səhiyyə və s. kimi ehtiyaclarını qarşılamaq üçün çox geniş fəaliyyət və məhsul istehsal sahələrinə malikdir.

Bu gün ASELSAN orijinal məhsullarını ixrac edən və dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətlərindən birinə çevrilib. ASELSAN artıq qlobal bazarda yaradılan dəyərlərlə davamlı olaraq inkişaf etmək, etibarlı strateji tərəfdaş olmaq, ətraf mühitə və insanlara həssas yanaşan milli bir texnologiya şirkəti olmaq hədəfini əldə edib.

Bu müvəffəqiyyətin əsas amillərindən biri olan 6000 nəfərlik ixtisaslı mühəndis qrupu ilə ASELSAN illik dövriyyəsinin 7%-ni öz resursları ilə maliyyələşdirdiyi AR-GE fəaliyyətinə ayırır. ASELSAN şirkətinin müxtəlif istiqamətlərdə fəaliyyətlərinə diqqət ayrılsa da, şirkətin dəniz platformalarında tətbiq etdiyi sistemlər barədə məlumatlar nisbətən az işıqlandırılır, buna görə də bu dəfə ASELSAN-ın HDQ-də tətbiq etdiyi dəniz texnologiyalarına diqqət yetirəcəyik.

ASELSAN qurulduğu gündən etibarən qazandığı bilik və bacarıqlarını, TSQ başda olmaqla həm yerli, həm də xarici istifadəçilərin ehtiyaclarını diqqətə alaraq müxtəlif döyüş platformlarına tətbiq etməkdədir. ASELSAN şirkəti 2006-ci ildən başlayaraq dəniz platformalarının döyüş sistemlərinin inkişafı, dizaynı, istehsalı, tədarükü və sistemlərin inteqrasiyası fəaliyətlərinə davam edir.

Şirkət Dəniz Döyüş Sistemlərində yer alan aşağıdakı alt sistemləri inkişaf etdirir:

- Döyüş sisteminin hazırlanması və inteqrasiyası;
- Dəniz vəzifələrinin idarəetmə sistemleri;
- EMI/EMC platforma analizləri;
- Torpedo və torpedo Əleyhinə sistemlər;
- Sualtı akustik və radiolokasiya sistemləri;
- İnteqrasiya edilən döyüş sistemləri;
- Silah və raket sistemləri;
- REM və RLS;
- Elektro-optik sistemlər;
- Platformaların idarəetmə sistemləri.

ASELSAN tərəfindən hazırlanan Dəniz Döyüş/Vəzifə Sistemləri bir çox dəniz platformlarında tətbiq edilir. Bunlara "Barbaros" sinifli freqatların modernləşdirilməsində, "Ada" sinifli korvetdə (MİLGEM), Yeni tip sualtıda, çoxməqsədli desant hücum gəmisində (LHD), tank desant gəmisində (LST), sualtı dəstək dəmisində (LCT), sualtı xilasetmə gəmisində (MOSHIP), xilasetmə və yedək gəmisində (RAT), Pakistan dəniz təchizat gəmisində (PNS MOAWIN), yeni tip sərhədçi katerində, sahil təhlükəsizlik axtarış və xilasetmə gəmisində, seysmik araşdırma gəmisində (MTA) rast gəlmək mümkündür.

ASELSAN dəniz sistemləri 3 hissədən ibarətdir:

1. Sualtı Akustik axtarış və RLS-ləri;
2. Dəniz döyüş sistemlərinin inteqrasiyası;
3. Torpedo və torpedo əleyhinə sistemlər.

1. Sualtı Akustik axtarış və RLS-lərinə:

SATS - Sualtı akustik aşkaretmə sistemi;
ASİST - Sualtı ələkeçirmə RLS-i;
KULAÇ - Dərinlik ölçmə vasitəsi;
MATESS - Mina aşkarlama RLS-i;
ASELBOUY - Passiv istiqamətli hidroakustik buyları daxildir.

2. Dəniz döyüş sistemlərinin hazırlanması və inteqrasiyası:

MILGEM - Döyüş Sistemi layihəsi;
LHD - Çoxməqsədli desant hücum gəmisi;
LST Çoxməqsədli Desant gəmisi layihəsi;
LDG - Logistik Dəstək Gəmilərində həyata keçirilir.

3. Torpedo və torpedo əleyhinə sistemlərə:

HIZIR - Suüstü gəmilər üçün torpedo əleyhinə sistem;
ZOKA - Akustik torpedo təhdidinə qarışdırma və aldatma vasitəsi;
TORK - Torpedo əleyhinə müdafiə torpedosu;
ZARGANA - Sualtılar üçün torpedo əleyhinə mübarizə sisteminə daxildir.

Quruluşuna görə ZARGANA kompleks adlandırıla bilərdi, lakin istehsalçının yeni qurğunu sistem adlandırmasına hörmətlə yanaşmaq məcburiyyətindəyik. Belə bir addımın şirkətin gələcək planları ilə bağlantılı olması da mümkündür.

ASELSAN şirkətinin hazırladığı torpedo və torpedo əleyhinə sistemlərin xüsusiyyətlərinə və tərkibinə nəzər saldıqda məlum olur ki, şirkət 10 ildən az artıq müddət ərzində ciddi nailiyyətlərə nail olub.

Adını duzlu su hövzələrində yaşayan uzunsov və yırtıcı balıq növündən alan ZARGANA torpedolara qarşı yüksək səviyyədə müdafiəni təmin edən, istifadəçi nəzarəti altında avtonom fəaliyyət göstərən sualtı sistemdir. ZARGANA sürətli reaksiyaya, ehtiyaca görə tək və ya yaylım atəşi aça bilən 24 ədəd atıcı yuvaya, yüksək etibarlılığa malik dəniz platformasıdır. Torpedo əleyhinə sualtı sistem atəş zamanı duman çıxarmır.

ZARGANA sistemində ZOKA akustik aldadıcı və qarıştırıcıdan istifadə olunur. Akustik qarışdırıcılar aktiv/passiv/kombinə rejimində çalışan klassik və müasir akustik idarəedilən torpedoların fəaliyyət göstərən tezlik diapazonlarını əhatə edəcək genişzolaqlı və yüksək səviyyəli səs-küy yaradırlar. Akustik aldadıcılıqlar isə platformanın akustik və dinamik xüsusiyyətlərini təqlid edərək düşmən torpedasını hədəfdən yayındırırlar.

ZARGANA avtonom əməliyyat və sürətli reaksiya bacarığı ilə torpedolara qarşı ən yüksək səviyyədə müdafiəni təmin edən torpedo əleyhinə sistemidir. Sistem operator tərəfindən idarə olunan və ya avtomatik olaraq real vaxtda məlumat verən sualtı sistemlərinə inteqrasiya edilə bilər.

ZARGANA sistemi, sualtı sistemlərdən toplanan məlumatlardan istifadə edərək özünün aşkarlama, yerləşdirmə və təsnifat funksiyasının köməyi ilə sualtı təhdidlərə ən yüksək bacarıqla cavab verə bilir.

Torpedoya qarşı mübarizə taktikası özündə sualtı dalğa manevrini, akustik aldadıcı/qarışdırıcıların fəaliyyət ardıcıllığını özündə birləşdirir.

ZARGANA sisteminin əsas funksiyaları:

- İnteqrasiya edildiyi platformanın məlumatları qəbul etməsi və onların emalından;
- Təhdid barədə məlumatlarının qəbulu və emalından;
- RLS məlumatlarının qəbulu və emalından;
- Data emalı qabiliyyətindən (hesablama, optimallaşdırılma, süzülmə, aşkaretmə, təsnifatlandırma, yerləşdirmə);
- Yayınma taktikasının tövsiyəsindən;
- Nümayiş və xəbərdarlıq imkanlarından;
- Atıcı qurğunu idarə etmək bacarığından ibarətdir.
- ZARGANA sisteminin komponentləri:
- Kompüter bazalı stimulyasiya modelindən;
- Qərarların dəstəklənməsi sistemindən;
- Qeyri-dəniz bazalı atıcı qurğulardan;
- Akustik qarışdırıcılardan;
- Akustik aldadıcılardan ibarətdir.

Kompüter bazalı stimulyasiya modeli:

- Aldadıcı/qarışdırıcı elementlərin suüstü/sualtı gəmilərinin hərəkətini təqlid edən hissələrini özündə birləşdirir;
- Hidrodinamik, akustik və fiziki parametrlərə əsaslanan torpedo aldadıcı/qarışdırıcı sistem vasitəsilə suüstü və sualtı gəmi modellərini yaradır;
- Hədəf xəbərdarlığı RLS modellerindən istifadə edir;
- Statistik məlumatlara əsaslanan ehtimal hesabatını hazırlayır;
- Dil seçimi (Türk/İngilis dili) imkanına malikdir.

Akustik qarışdırıcılar:

- Proqramlaşdırılma bacarığına;
- Sualtının əməliyyat dərinliyi ilə uyğunluğa;
- Bütün akustik torpedalara qarşı geniş tezlik diapazonuna malikdir.

Akustik aldadıcılar:

- Üzərindəki əlavə faydalı yük ilə hərəkət imkanına;

Qərar Dəstək Sistemi:

- Aşkaretmə, təsnifatlandırma və yerləşdirmə alqoritmlərinə;
- Atıcı qurğuya nəzarət mexanizminə;
- Sualtı idarəetmə sisteminə tam inteqrasiya imkanına;
- Operator nəzarət bölməsinə;
- Əməliyyat rejimlərinə (Mexaniki, avtomatik, yarıavtomatik və təlim); Məsafədən idarə edilən kompüter əsaslı stansiya və ya panelə malikdir.

ZARGANA atıcı qurğusu:

- Dərhal reaksiya göstərmək;
- Gəmi və kater üçün fərqli versiyalarda istehsal edilmək;
- Çoxqatlı interfeysə;
- Atəşdən əvvəl avtomatik proqramlanmaq imkanına malikdir.

ZARGANA-nın bəzi xüsusiyyətləri barədə məhdud məlumatlar əldə edərək nəzərinizə çatdıra bilsək də, sistemin dəqiq taktiki-texniki göstəriciləri hələlik açıqlanmır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ZARGANA   ASELSAN  

Dəniz altında ASELSAN imzası - ZARGANA

2019/05/34534-3115468946.jpg
Oxunub: 1872     11:51     13 May 2019    