FHSS və "Pindad"dan türk KAPLANI: Yüksək döyüş xüsusiyyətlərinə malik orta tank - EKSPERT (FOTOLAR )

2019/05/14944-3115665844.jpg
Oxunub: 1741     16:14     14 May 2019    
KAPLAN MT layihəsinin əsasını, əsas döyüş tanklarının çatışmazlıqlarından məhrum olan yeni zirehli vasitəsi yaratmaq, həmçinin bazarda yüksək texniki və döyüş xüsusiyyətlərinə malik, eyni zamanda potensial alıcılar üçün məqbul bir qiymətə malik orta tank yaratmaqdan ibarət olub.

Bundan əlavə, maşının müəyyən xüsusiyyətləri onun son onilliklərdə baş verən silahlı münaqişələrin təcrübəsini nəzərə alaraq hazırlandığını və müharibələrdə istifadə üçün nəzərdə tutulduğunu göstərir.

Güclü hərbi-siyasi bloklar arasında hipotetik müharibələrin xüsusiyyətləri nəzərə alınaraq yüngül tankın yüksək xüsusiyyətləri və nadir qabiliyyətləri əldə edildi. Bir çox hallarda, əsasən yerli münaqişələr kontekstində keçirilən şəhər döyüşlərində əsas döyüş tankları özlərini yaxşı cəhətdən göstərə bilmədilər. Aşağı intensivlikli münaqişələrdə ağır tanklar həm zəif mühafizə olunur, həm də alınması və istismarı baha başa gəlir. Bəzən isə ağır tankın atəş gücünə uyğun düşmən hədəfi tapmaq da problem olur. Beləliklə, yerli münaqişələrə uyğunlaşdırılan bir tank, əsas sinifə aid ağır zirehli vasitələrindən fərqli olmalıdır. Bu problemin həllinə Türkiyə və İndoneziya mütəxəssisləri tərəfindən uğurlu cəhd edildi.

Qeyd edək ki, perspektivli orta tank layihəsi haqqında ilk dəfə məlumat təxminən 4 il əvvəl - 2015-ci ilin mayında dərc edildi, sonra isə birgə proqram olaraq MMWT (Modern Medium Weight Tank - "Perspektiv Orta Ağırlıqlı Tank") adlandırıldı. 2016-cı ilin payızında tank və onun əsas xüsusiyyətlərini göstərən bəzi məlumatlar, təsvirlər və üçölçülü animasiya nümayiş olundu. Zirehli vasitənin ilk tam ölçülü modeli yalnız "IDEF 2017" sərgisinin açılışından sonra göstərildi.

Türkiyənin FHSS şirkətinin və İndoneziyanın "PT. Pindad" şirkətinin birgə əməkdaşlığı nəticəsində ortaya çıxan perspektivli KAPLAN MT orta tankı 2017-ci ildə olduğu kimi, "IDEX-2019" sərgisində də nümayiş etdirildi.

Digər layihələrdən fərqli olan yeni layihənin maraqlı xüsusiyyətlərindən biri də orta tankın görünüşünü formalaşdırmaqdan ibarət olub. FNSS və "PT Pindad" mühəndisləri orta tankın dizaynı ilə əlaqədar onun ənənəvi fikirlərə uyğun qurulmasında, mövcud PDM-in korpusunu əhəmiyyətli dərəcədə yenidən işləməyə qərar veriblər.

Tələb olunan xüsusiyyətləri və bacarıqları əldə etmək, həmçinin KAPLAN MT layihəsinin qiymətini azaltmaq üçün zirehli vasitədə maksimum hazır hissələrdən istifadə etmək təklif edilib. Beləliklə, orta tankın əsas elementi olaraq, FHSS şirkəti özünün KAPLAN 20 piyada döyüş maşınının şassisindən yararlanıb.

FNSS ilə PT "Pindad" şirkətlərinin ortaq olaraq inkişaf etdirdikləri KAPLAN MT zirehli vasitəsi, üstün balistik ve mina mühafizə sistemlerinə sahib olmaqla, piyada bölmələrinə yaxın atəş dəstəyi vermək üçün müxtəlif mərmilərdən tank əleyhinə sursatlara qədər geniş təchizata malikdir.

KAPLAN MT həssas atəşi idarəetmə sisteminə, eyni zamanda üstün taktiki və strateji hərəkət imkanlarına malik olmaqla, tələb olunan zərbə gücünü təmin edə bilir.

Üstün hərəkət qabiliyyətini cüt balansirli tırtıllar və burulma çubuqları üzərinə qurulan 6 təkərli şok əleyhinə asğı sistemindən əldə edən KAPLAN MT əsas döyüş tanklarının girməkdə çətinlik çəkdiyi dağlıq ərazilərdə, yüksək kələ-kötürlüyə malik çətin keçilən relyefdə və aşağı kütlə daşımaq qabiliyyətinə malik körpülərin olduğu yollarda xüsusilə böyük əhəmiyyətə malikdir. Zirehli vasitə əraziyə uyğunlaşma və üstün idarəetmə xüsusiyyətlərini müvəffəqiyyətlə birləşdirməyə nail olub. Nəqliyyat vasitəsi yüksək hündürlük və rütubət zonalarında, -32° C ilə + 55° C arasında rahatlıqla çalışır.

Vasitənin arxasına yerləşdirilən güc qurğusu isə inkişaf etmiş elektron idarəetmə sistemləri ilə təchiz edilir. Hərəkət zamanı bir cüt balansirə malik amortizatorlar vasitənin istənilən ərazidə manevr rahatlığını təmin edir. Vasitəni yetərli güc ilə təmin edən yeni nəsil mühərrik tənzimlənən qoruma sisteminə bağlı olaraq, avtomatik elektron idarəli transmissiya sistemi ilə birlikdə minimum 20 a.g/ton səviyyəsində güc/ağırlıq nisbətini təmin edir. Bu isə 30- 35 tonluq vasitə üçün ən azı 600-700 a.g-nə malik mühərrikdən istifadəni tələb edir. Bu mühərrik və 7 pilləli avtomatik transmissiya sayəsində orta tank şossedə maksimum 75 km/saat sürətlə hərəkət edə bilər.

Zirehli vasitə iri tutumlu soyuducu radiator və yanacaq çənləri ilə təchiz edilir. Vasitənin soyutma modulunun ağıllı bir proqram tərəfindən idarə edilməsi optimal səmərə və yanacaq qənaətini təmin edir, vasitədə olan iki ayrı yanacaq çəni minimum 450 kilometrlik ehtiyat gediş məsafəsi qət etməyə imkan verir.

Ehtiyat güc qurğusu isə batareyaları dolduraraq maşının işə salınmadığı zamanda qüllədən istifadə etməyə şərait yaradır. Avtomobilin qabaqcıl batareyaya nəzarət sistemi optimal güc idarəetməsini və səssiz müşahidə imkanlarını təmin etmək üçün nəzərdə tutulub.

KAPLAN MT maşınları yüksək təzyiqli 105 mm "Cockerill" topu inteqrasiya edilən və avtomatik doldurma mexanizminə malik "CMI Cockerill® 3105" qülləsinə malikdir. Bu qüllə sayəsində KAPLAN MT aşağı kütləyə sahib olmasına baxmayaraq, yüksək təsir imkanına malikdir. Bu sistem geniş əməliyyat imkanları təklif etmək üçün nəzərdə tutulur.

KAPLAN MT orta tankının əsas silahı, Belçika istehsalı 105 mm "Cockerill" döyüş modulundan ibarət, inkişaf etmiş ağız əyləci və ejektor ilə təchiz olunan 105 mm-lik yivli topdur. Lülə bir istilik qoruyucu su ilə təchiz olunub. Top müxtəlif məqsədlər üçün nəzərdə tutulan çox sayda 105 mm-lik sursatlarla istifadə üçün uyğun gəlir. Bundan əlavə, top bir neçə idarə olunan raket növündən də atəş aça bilir. Silah avtomatik yükləmə mexanizminin vasitəsilə mərmiləri arxada yerləşən döyüş sursat dəstindən topa ötürə bilir. Topun və yükləmə mexanizminin bütün idarəetməsi ekipajın iş yerlərindən həyata keçirilir. Hazır universal döyüş modulu seriya avadanlıqların xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və potensial müştəriləri cəlb etməyə imkan verir.

KAPLAN 20 PDM-də və yeni ailənin digər vasitələrində mühərrik korpusun ön, desant isə ənənəvi olaraq arxa hissəsində yerləşirdi. Orta tankda isə mühərrik arxa hissəyə keçirildi, azad olunan hissə isə ekipaj və topun yerləşdirməsi üçün ayrıldı.

Cari tələblərə uyğun olaraq perspektivli orta tank bir neçə səviyyəli mühafizə əldə edib. Korpusda kiçik çaplı topların frontal proyeksiyadan atəşinə davam gətirə bilən homogen zirehdən istifadə edilir, zirehin üstündə isə mərmi və kumulyativ döyüş sursatına qarşı müqaviməti artırmaq üçün əlavə dinamik modullar quraşdırılır. Tank alt və yan tərəflərdə mina əleyhinə qorunmaya da malikdir. Dəqiq qorunma parametrləri və standart səviyyəsi hələ açıqlanmır.

Bəzi dəyişikliklərə məruz qalan hazır korpusun istifadəsi əsas xarici konturların qorunmasına da gətirib çıxarıb. Beləliklə, korpusun ön proyeksiyası müxtəlif formalı və ölçülü iki meyilli zirehli lövhələrlə qorunur.

Müşahidə, hədəflərin axtarılması və silahın tuşlanması üçün qüllənin damına quraşdırılan iki ədəd optik elektron sistemdən istifadə edilir. Qüllənin sağ və ön tərəfində müşahidə vasitələrindən birinin yerləşdiyi nisbətən dərin bir yuva mövcuddur. İkincisi isə sol tərəfdəki U tipli dəstəyin üzərində yerləşdirilib. Hər iki nişangah video kamera, termal görüntüləyici və lazer məşafəölçəni ilə təchiz olunur.

Zirehli vasitə hədəf göstərilməsi və məlumat ötürülməsi üçün müasir rabitə vasitələri ilə təchiz edilir. Naviqasiya avadanlıqlarının və lazer şüalarının aşkarlanma vasitələrinin istifadəsi şübhəsizdir.

Silahın solunda eyni qurğuda bir ədəd pulemyot da yerləşdirilib. Yeni döyüş vasitəsini üç nəfərlik ekipaj idarə edir. Sürücünün iş yeri ön tərəfdə mərkəzə yaxın yerləşdirilib. Döyüş idarəetmə bölməsinə giriş üçün isə "ənənəvi" görüntü cihazlarının dəstinin yerləşdirildiyi qüllədəki lyukdan istifadə olunur.

Komandir və atıcı döyüş bölməsində yerləşir. Onların hər biri öz lyuk, optik elektron cihaz və digər avadanlıqlarından istifadə edir. Layihə ekipajın kabelsiz rabitə əlaqəsini təmin edir. Tankın döyüş və idarəetmə bölməsi kütləvi qırğın silahlarına qarşı kollektiv müdafiə sisteminə də malikdir.

Tankın iç qisimi, həm ekipajın erqonomik tələblərinə, taktiki şərtlərinə, həm də sürücülük, silahdan atəş açma, sursatın yüklənib boşaldılması kimi döyüş zamanı qarşılaşılan proseslər diqqətlə nəzərə alınaraq, onlara uyğun olaraq hazırlanıb. Sürücü kreslosunun özəl dizaynı, istifadəçinin geniş müşahidə sektoruna malik olmasına və daxildəki bütün ekipaj üzvlərinə rahat yetişə bilməsinə imkan yaradır. KAPLAN MT vasitəsi döyüş maşını komandirinin taktiki məlumatlandırma imkanını təmin edən, döyüş idarəetmə sisteminə (DİS), lazer xəbərdarlıq sisteminə (LİAS) və üstün atəş gücünə sahib ən son texnologiyalarla təchiz edilən müasir bir platformadır. Öz sinifində ən üst səviyyədə mina və ballistik qorunmaya sahib olan KAPLAN MT platforması, döyüş sahəsində təhdidlərə qarşı çox qısa müddətdə kifayət qədər atəş gücü ilə sürətli cavab vermək imkanına malik olmaqla əməliyyat zonasında üstün davamlılıq və yüksək hərəkət qabiliyyətini təmin etməkdədir.

Tankın İndoneziyanın Yava adasında 2000 km-lik ixtisas, davamlılıq və atəş sınaqları uğurla başa çatdırılaraq seriya istehsalına başlanıb. Təslim edilən orta tank sayı açıqlanmır. Bu rəqəmin bu il üçün 20-25 ədəd olacağı ehtimal edilir, lakin toplam İndoneziyanın ehtiyacı 200-400 arası dəyişir. Bu irimiqyaslı sifarişin bu il, İndoneziyanın 5 illik büdcəsinin qəbulundan sonra baş verəcəyi gözlənilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Mühərrik təxminən 600-700 at gücündə dizel;
- Ekipaj 3 nəfər (Sürücü, Atıcı və Komandir);
- Transmissiya Tam avtomatik 7 irəli+ 1 geri;
- Ekipajın imkanları;
- 360 dərəcə vəziyyətə nəzarət;
- Kabelsiz daxili əlaqə sistemi;
- Naviqasiya sistemi;
- Daxili və xarici aydınlatma sistemi;
- Döyüşü İdarəetmə Sistemi (DİS);
- Lazer xəbərdarlıq sistemi (LİAS);
- Balistik Müdafiə;
- Korpus + Əlavə Zireh;
- Mina Qorunması;
- Korpusun altdan qorunması;
- KBRN qorunması;
- Kondisioner sistemi;
- Avtomatik Yanğınsöndürmə Sistemi;
- Tüstü mərmiləri.

Hazırda Türkiyə və İndoneziya ordusundan başqa Malayziya da bu zirehli vasitələrlə maraqlanır. TSQ özü də tank parkını təkmilləşdirmək üçün əsas vasitə olaraq məhz KAPLAN MT platformasından istifadə etməyi nəzərdən keçirir. Bir çox üstün xüsusiyyətlərə malik universal silah və şassi bazasında qurulan müasir tankın bir çox orduların silahlanmasında yer alacağı gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kaplan   Türkiyə   IDEF  

FHSS və "Pindad"dan türk KAPLANI: Yüksək döyüş xüsusiyyətlərinə malik orta tank - EKSPERT (FOTOLAR )

2019/05/14944-3115665844.jpg
Oxunub: 1742     16:14     14 May 2019    