Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT) - II Yazı

2019/05/96335-1557126893.jpg
Oxunub: 2963     11:38     06 May 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Birinci yazıda BEEB ailəsi ilə tanış olarkən “ProMAG” şirkətinin “Orbiter 1K” modelinə bənzətdiyi BEER-1800 barədə məlumat verdik.

Şirkətin digər zərbə vasitəsi kütləsi 7 kq olan və 1.6 kq yük qaldıra bilən PUA-sı HREEŞ, yəni “Monstr” (heybətli, div, əjdaha kimi tərcümə edilir) adlandırılır. İndi isə yeni “Cut”(Cüçə) PUA-larının silahlanması barədə məlumatlar yayılıb. Buradan maraqlı bir sual ortaya çıxır: əgər “Monstr” 1.6 kq yük daşıyırdısa, “Cücə” nə qədər daşıyacaq? Yəqin ki, burada söhbət qramla ölçülən faydalı yükdən, bəlkə də mini dron sürüsündən gedir.

Bu fotoda isə təqdim edilən 3 gəzən sursat modelinə aid Ermənistan PUA-larının ikisində İsrail mühəndislərinin əl izləri aşkar görünür, yəni onların “Orbiter” və “Harop” ailəsindən kopyalandığı şübhəsizdir. Yalnız HREEŞ-in fərqli arxitekturaya malik olduğunu söyləmək mümkündür.

Soldakı HREEŞ və sağdakı BEEB 1800 zərbə PUA-larının arasında yerləşdirilən eyni təyinatlı PUA-nı ermənilər “Drakon” (Əjdaha) adlandırır, onun fəaliyyət radiusu 100 km, daşıdığı faydalı yükün kütləsi 10-15 kq, maksimum sürəti isə 180- 200 km/saatdır. Bu isə o deməkdir ki, “Əjdaha” fəaliyyət radiusuna görə “Harop”dan 10 dəfə, faydalı yük kütləsinə görə isə 1.5-2 dəfə geri qalır.

HREEŞ

Ermənistanın “ProMAQ” şirkətinin yerli PUA kimi təqdim etdiyi HREEŞ aparatı İsrailin “Uvision Air” şirkətinin “Hero-400ES” zərbə vasitəsinin kiçik ölçülü kopyasıdır. 400ES sistemi bütün kəşfiyyat və müşahidə imkanlarını qoruyub saxlayır, lakin "Hero-400"ün əvvəlki versiyasında 8 kq ağırlığında olan qəlpəli-fuqas partlayıcı sursat daha geniş spektrdə hədəflərə, o cümlədən tanklara qarşı mübarizə aparmaq üçün daha ağır, 10 kq çəkidə yeni universal döyüş başlığı ilə əvəzlənib.

Təkmilləşdirilən tapşırıqların ləğv edilməsi funksiyası, kilidlənmə rejiminin avtomatik olaraq yenidən aktivləşdirilməsinə, sursatın yeni hədəfə yönləndirilməsinə və ya paraşütlə geri qaytarılmasına imkan verir. Fəaliyyət üçün optimal hündürlük 5500 metr, axtarış rejimində uçuş sürəti isə 90-240 km/saatdır. 7 kq kütləyə və 1.6 kq yük qaldıra bilən HREEŞ-in digər texniki xüsusiyyətləri tam açıqlanmır.

Onun ilkin dövrdə “Hero-400ES” xüsusiyyətlərini tam əldə edəcəyi real görünməsə də, şirkətin bu istiqamətdə səy göstərdiyi aşkardır.

Müştərinin istəyinə görə, bir nəfər operator tərəfindən idarə olunan “Hero-400ES” sistemi quru, dəniz və hava platformasına quraşdırıla bilər və ya katapultdan (istiqamətli relsdən) buraxıla bilər.

HU-01 pilotsuz helikopteri

Hələ 2016-ci ildə “ArmHiTech-2016” sərgisində ermənilər pilotsuz HU-01 helikopterini, standart versiyaların imkanlarından geri qalmayan TTX-sı ilə birgə təqdim etmişdilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

- Uçuş müddəti - 3 saata qədər;
- Ölçüləri - 420x2120x800 mm;
- Əsas pərin diametri - 2230 m;
- Maksimal uçuş hündürlüyü - 3500 m;
- Havaya qalxma və yerə enmə - şaquli;
- Mühərrik tipi - daxili yanma mühərriki;
- Sürət - 80 km/s-ə qədər;
- Maksimum kütləsi - 36 kq;
- Faydalı yük - 13 kq;
- Temperatur diapazonu - -25° C-dən + 40° C-ə qədər.

HU-01 PUA-sının sərgidə təqdimatından 3 il keçsə də, onunla bağlı hər hansı bir məlumat açıqlanmayıb.

Ermənistanın İsrail təcrübəsini təkrar etmə cəhdi

Bəzilərində Ermənistanın İsrail PUA-ları əldə edə bilmədiyi halda onların təcrübəsini necə mənimsəyə biləcəyi barədə haqlı suallar yarana bilər. Cavabında qeyd edək ki, Rusiyanın özü də zamanında İsrailin PUA təcrübəsindən yararlanıb. İsrail müxtəlif zamanlarda 49 ölkəyə PUA sataraq, bu bazarın 41%-nə nəzarət edib və uzun müddətdir ki, bu sektorda mütləq liderliyini qorumaqdadır.

Rusiya da müasir PUA istehsalında rəqib ölkələrdən geriliyini aradan qaldırmaq məqsədilə 2010-cu ildə “Oboronprom” ASC ilə “Israel Aerospace Industries” (IAI) arasında 400 milyon dəyərində nəhəng bir müqavilə imzaladı.

Müqavilənin həyata keçirilməsi çərçivəsində “Ural Mülki Aviasiya zavodunda” (UMAZ) IAI-nin “Searcher Mk II” taktiki PUA-larının “Forpost” (bu adın Ermənistanla əlaqəsi yoxdur), “Bird Eye” mini-PUA-larının isə “Zastava” adı ilə istehsalının təşkil edilməsi nəzərdə tutulurdu. 2011-ci ildə Rusiya Müdafiə Nazirliyi 10 ədəd “Forpost” kompleksi (hər kompleksdə 3 PUA və yerüstü idarəetmə stansiyası olmaqla) və 27 ədəd “Bird Eye” mini PUA kompleksi əldə etmək üçün UMAZ ilə müqavilə imzaladı. 2012-ci ilin dekabrından başlayaraq ilk PUA-ların sınaqları başlandı. Bu müqavilə Pusiyanın PUA sektorunun inkişafına ciddi təkan verdi. Rusiya texnologiyasının Gümrü aviabazasına gətirilməsi, ermənilərlə birgə təlimlər, onların işinə qismən yaradı.

Əsas PUA “istehsalçıları”

Demək olar ki, hər ay, son zamanlarda isə hər həftə erməni KİV-lərində “ProMAQ”, DAVARO, KB-X və s. kimi şirkətlərin ciddi nailiyyətləri barədə məlumatlar tirajlanır, hətta istehsalı dayandırılan PUA-lar, məsələn “Krunk”lar da zaman-zaman yeni nailiyət kimi xatırlanır. Sanki kimisə bu plagiat PUA-larla təhdid etməyə çalışırlar. Lakin heç kim bu nailiyyətlərdən Ermənistandan başqa heç bir ölkənin yaralanmaq istəmədiyinə aydınlıq gətirək istəmir.

Bu yaxınlarda isə Rusiyadan yeni TRİADA MK II və MK III modelləri üçün Rusiya şirkətlərinə 4.5 milyon dollar vəsait ödənməsi haqqında məlumatların yayılması erməni PUA-ları haqqında uydurulan mifi ləğv etdi. Əgər Leonid Nersisyanın iddia etdiyi kimi, Ermənistan artıq PUA istehsalında ciddi nailiyyətlər əldə edərək dünya liderlərindən birinə çevrilibsə, o zaman İrəvan hansı səbəbdən ucuz və “keyfiyyətli” yerli PUA modellərini deyil, ciddi maliyyə sıxıntıları şəraitində, 10 il əvvəl olduğu kimi yenidən Rusiya PUA-larını əldə etməyə çalışır?

İstənilən istiqamətdən baxdıqda bu suala Nersisyanın iki cavabı ola bilər:

1. Yerli istehsal olan PUA-lar hələlik Ermənistanın tələbatına tam uyğun gəlmir;
2. Ermənistan Rusiya təcrübəsini, dolayısı ilə İsrail təcrübəsini mənimsəməyə çalışır.

Əslində başqa cavab da yoxdur...

“Eleron-3”

Təbii ki, erməni mühəndislər PUA istehsalında Rusiya təcrübəsindən daha çox yararlanıblar. Ermənistanın “ProMAG” şirkətinin PUA istehsalında Rusiyanın ENİKS QSC-nin “Eleron-3” kompleksindən istifadə etdiyi barədə məlumatlar mövcuddur. Bu kompleksin tərkibinə T-28 aparatı, dəyişdirilə bilən faydalı yük modulu, yerüstü idarəetmə stansiyası və start qurğusu daxildir.

“Eleron-3” kompleksinin PUA-ları “uçan qanad” formasında hazırlanıb, infraqırmızı, televiziya və termal kameraya malik modulla təchiz edilib.”Eleron-3” avtonom və radio komanda rejimində və ya müəyyən nöqtədən bir neçə dəfə keçməklə təkrarlayıcı rejimdə uça bilər. Start nöqtəsinə qayıtması isə avtomatik yerinə yetirilir. Naviqasiyada GPS və GLONASS sistemlərindən istifadə edilir.

“Eleron-3” yaxın mənzilli xüsusi kəşfiyyat vasitəsidir. Cihazın maksimum kütləsi 5.3 kq, daşınan faydalı yükün kütləsi isə 1 kq-a qədərdir. PUA saatda 130 km-ə qədər sürətlənərək 4 min metr hündürlüyə qədər yüksələ bilir.

“Zastava”

Yuxarıda qeyd edildiyi kimi, “Zastava” PUA-ları İsrailin “IAI Bird Eye 400” modelinin bazasında “Ural Mülki Aviasiya zavodu” ASC-də ruslarla birgə hazırlanıb. Lakin naməlum səbəblərdən bu vasitələr Rusiya SQ-də geniş yayılmayıb. Hazırda bu PUA-ların çox məhdud sayı istifadədir. Erməni şirkətlərinin isə bu PUA-lara yalnız İsrail texnologiyasının sirrlərini araşdırmaq üçün maraq göstərdiyi ehtimal edilir.

“Zastava” kəşfiyyat, patrul və müşahidə uçuşlarının aparılması, düşmənlə təmasda olan ərazilərdə xüsusi əməliyyatların keçirilməsi və s. ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulur. Bundan əlavə, bu aparatlar atəş zərbə vasitələrinin hədəfə yönləndirilmə, xüsusilə də artilleriya zərbələrini nizamlamaq vasitəsi kimi istifadə edilə bilər. Hava vasitəsinin ilk uçuşu 2013-ci ildə keçirildikdən sonra, kiçik miqdarda istehsal edilib. “Zastava” bir ədəd elektrik mühərriki ilə təchiz edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:
- Uzunluğu - 0.8 m;
- Qanad açılımı - 2.2 m;
- Hündürlüyü - 0.24 m;
- Maksimum uçuş kütləsi - 5.5 kq;
- Kreyser sürəti - 80 kms;
- Maksimum sürəti - 120 kms;
- Maksimum uçuş məsafəsi - 10 km;
- Uçuşun maksimal hündürlüyü - 2200 m.

“Copter” URUR

Ermənistanın “Instigate Robotics” şirkəti “Copter URUR 3” və “Mobile Watchtower” heksakopterlərini ilk dəfə “ArmHiTec-2016” sərgisində təqdim edib.

“Copter URUR 3” heksakopteri videomüşahidə və məlumat ötürülməsi üçün nəzərdə tutulub. Velosiped təkəri prinsipinə əsasən titandan hazırlanır.

İddia olunan Taktiki-Texniki Xüsusiyyətləri:

- Faydalı yük kütləsi - 1-5 kq;
- Üfüqi sürəti - 10-13 m/s;
- Qalxma sürəti - 3-5 m/s;
- Maksimum asılma müddəti - 40 dəqiqə (dəniz səviyyəsində küləksiz havada);
- Qarışıq uçuş müddəti - 23-25 dəqiqə;
- Maksimum hündürlük - 4500-5000 m;
- Telemetrik diapazon - 7-12 km;
- Maksimum radius - 10-12 km (dəniz səviyyəsində küləksiz havada).

Yerdəki qida mənbəyinə qoşulmaqla fasiləsiz çalışa bilər. Qapalı sistemə malik sürət nəzarət sensoru və “Instigate Robotics” tərəfindən hazırlanan L1 alqoritmli adaptiv avtopilotun sabit uçuşu təmin etdiyi və zərbəyə davamlı olduğu da bildirilir.

Naqilləri konstruksiya daxilində gizlədilməyən ilk uçuş aparatına rast gəldiyimi də etiraf etməliyəm. Bundan başqa aparatın TTX-sında daha bir uyğunsuzluğun mövcud olduğunu qeyd etmək lazımdır. 5 kq yüklə 5000 metrlik yüksəkliyi əldə etmək və geri qayıtmaq üçün, 3 m/s sürətə malik “Copter URUR 3” heksakopterinə 40 dəqiqəlik zaman kifayət etməyəcək. Görünür, bu da növbəti erməni “nağılı”dır. Burada ya faydalı yük, ya da maksimum hündürlük azaldılmalıdır. Aparatın yerə bağlı vəziyyətdə çalışa bilməsi üçün aparat uzunluğu 30 metr olan kabeldən başqa, onun iki kiloqrama qədər faydalı yük də qaldırdığı bildirilir. Lakin görüntü və s. digər sübutlar təqdim edilmir.

“Mobile Watchtower”

“Instigate Robotics” şirkətinin eyni sərgidə təqdim etdiyi digər məhsul olan “Mobile Watchtower” heksakopteri açıq ərazilərdə, sahilyanı zonada, xüsusilə limanlarda fövqəladə yoxlamalar aparmaq üçün istifadə üçün nəzərdə tutulur. Güc mənbəyinə kabel ilə birləşdirilən çoxrotorlu heksakopter hərəkətli bir vasitənin, məsələn, qayığın və ya avtomobilin arxasınca hərəkət edir. Başqa sözlə hərəkətli müşahidə qülləsi rolunu ifa edir. Onun hərəkət sürəti 10 metr/saniyə, fəaliyyət yüksəkliyi 60 metr, daşıdığı faydalı yükün kütləsi 1.5 kq-dır.

Telemetrik və video göndərmə məsafəsi 8-10 km-ə qədərdir. İdarəetmə və nəzarət sistemlərinin aparatın sabit uçuşunu təmin etdiyi, uçuş zamanı vibrasiyanın minimuma endirildiyi, su keçirmədiyi və zərbəyə davamlı olduğu bildirilir. Heksakopterin korpusu titandan velosiped təkəri formasında hazırlanır. Göründüyü kimi, “Copter URUR 3” və “Mobile Watchtower” heksakopterləri fərqli şəkildə təqdim edilsə də, əslində çoxu eyni olan texniki xüsusiyyətlərə malikdir.

Belə zəif xüsusiyyətlərə malik aparatları “yüksək texnologiya” kimi təqdim etsələr də, onların nəinki ölkə sərhədlərindən kənarda, hətta Ermənistanın özündə belə tətbiqinə dair heç bir məlumat mövcud deyil.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   PUA  

Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT) - II Yazı

2019/05/96335-1557126893.jpg
Oxunub: 2964     11:38     06 May 2019    