Türkiyə dünyaya çoxçeşidli "Pars" ailəsini təqdim edir - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2019/05/vbl1B-1557899698.jpg
Oxunub: 1045     10:56     15 May 2019    
Türkiyənin hərbi sənaye kompleksi döyüş vasitələri istehsalında əsas məqsədi olan iki hədəfi əldə etmək üçün əhəmiyyətli səylər göstərir:

1. Ölkənin xarici təchizatçılardan olan asılılığını aradan qaldırmaq;
2. İxracatı artırırmaq.

Türkiyə müasir respublikanın qurulmasının 100-cü ildönümünədək, yəni 2023-cü ilədək hərbi malların satın alınmasına təxminən 70 milyard dollar sərf etmək niyyətindədir. Bu xərclər son on ilin silah satınalmalarını və müdafiə sənayesinə yatırılacaq sərmayələri nəzərdə tutur.

Bu tarixə qədər Ankara mövcud layihələr və investisiyalar hesabına avadanlıq və silah təchizatında xarici asılılığı aradan qaldırmağı planlaşdırır. Bu məqsədlə Türkiyə artıq hazır sistemlərindən imtina edərək, yalnız yerli dizayn və istehsaldan yararlanmağı planlaşdırır.

Bu asılılığın istisna edilməsinə paralel olaraq, Türkiyə xarici ticarət balansını artırmağa çalışır. Müdafiə Sənayesi İdarəsinin (SSM) məlumatına görə, ölkə 2023-cü ilə qədər bu rəqəmi 25 milyarda çatdırmaq niyyətindədir.

Mərkəz Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan "The World Factbook"da qeyd edilir ki, Türkiyə ordusu, Suriyadakı vətəndaş müharibəsi, Ukraynada seperatçıların fəaliyyətləri və PKK-nın dağıdıcı fəaliyyətlərindən qaynaqlanan təhdidlərə qarşı köklənib.

Həyata keçirilən proqramlar nəticəsində son 25 ildə Türkiyə Silahlı Qüvvələrinin say tərkibi nisbətən azalıb. Belə bir azalmanın məqsədi daha yaxşı manevr imkanları, atəş gücü ilə fərqlənən və birgə əməliyyatlarda iştirak etmək üçün daha yaxşı hazırlanan nisbətən kiçik, lakin yaxşı təlim keçmiş qüvvələr yaratmaqdır. TSQ-nin silah və texnika ilə təchizatında əsas rollardan birini də bizə yaxşı tanış olan Türkiyənin FHSS şirkəti oynayır. Bu yazıda Sizi şirkətin istehsal etdiyi bəzi vasitələrlə tanış edəcəyik.

2004-cü ildə başlanan bir proqrama görə, FNSS şirkəti Səudiyyə Ərəbistanının ABŞ-dan aldığı 2000 ədəd M113 seriyalı zirehli personal daşıyıcısını təkmilləşdirərək M113A4 standartına çatdırmalı oldu. FHSS-in şəriki olan "BAE Systems" Səudiyyə Ərəbistanının Əl Harj zavodunu maşınların modernləşdirmə dəstləri ilə təmin edir, FHSS isə maşınların modernləşməsini həyata keçirirdi.

Əldə olunan təcrübə şirkətə gələcəkdə ciddi bir potensial əldə edəcək PARS ailəsinin layihəsini hazırlamağa imkan verdi. Şirkət əvvəllər tırtıllı zirehli vasitələr istehsalında əldə etdiyi nailiyyətləri təkərli zirehli vasitələrə də tətbiq etməyi qərara aldı. Bu istiqamətdə atılan ilk addımlar nəticəsində hazırlanan zirehli vaitələrdən biri də PARS ailəsinin üzvləridir.

PARS təkərli zirehli vasitələrinin 4x4, 6x6 və 8x8 konfiqurasiyada hazırlanması şirkətin istehsal portfelini bir qədər də genişləndirib. Bu dəfə araşdıracağımız PARS III 8x8 yüksək səviyyədə ballistik və minaya qarşı müdafiəni təmin edir. Maşında müxtəlif silah modulları quraşdırıla bilər. O, personal daşınması, özüyeriyən minaatan, PDM, sanitar, təmir bərpa vasitəsi və s. kimi müxtəlif təyinatlar üzrə hazırlana bilər. 8x8 versiyası enerji udan oturacaqlarda 13 nəfərin yerləşdirilməsi üçün kifayət qədər daxili həcmə malikdir.

Öz adını bir zamanlar Anadoluda yaşayan səssiz, çevik və yırtıcı bir bəbir növündən əldə edən PARS ailəsi, aşağı və yüksək sıxlıqlı döyüş sahələrində istifadə üçün nəzərdə tutulan, unikal xüsusiyyətləri ilə istifadəçisinə strateji üstünlüklər təqdim edən, quruluşunda günümüzün ən inkişaf etmiş texnologiyalarını tətbiq edən, taktiki təkərli zirehli döyüş vasitəsidir.

30 000 kq maksimum kütləyə malik PARS III 8x8 dizel mühərriki ilə təchiz olunub. 100 km/s sürətə çata bilən vasitə 60 dərəcəlik yoxuşa və 30 dərəcəlik yan əyilmə ilə hərəkət edərək, 70 sm yüksəkliyində dik maneəni və 200 sm enində xəndəyi keçə bilir. Mühərrikin yerləşdirilməsi və balanslaşdırılan dizayn sayəsində nəqliyyat vasitəsi çox yaxın əks yüklənməyə malikdir. Bu dizayn yanaşması zirehli vasitəyə boş və yumşaq ərazidə rahat hərəkət etməyə, yüksək sürətdə yola hakim olmağa və qısa əyləc məsafəsi əldə etməyə imkan verir. 8x8 təkər formulalı avtomobilin bütün oxları lazım olduqda kilidlənə bilər. Mərkəzi hava doldurma sisteminin qabiliyyəti sürücüyə fərqli ərazi şəraitində şin təzyiqlərini tənzimləməyə imkan verir.

Ən yüksək hərəkət göstəricilərinə sahib PARS III tam müstəqil hidropnevmatik amortizator sistemi ilə müxtəlif ərazi şəraitində optimal yol tutmaq imkanını təmin edir. Bütün oxların dönüş sistemi ilə PARS III 8x8, 8 m-ə qədər dönmə radiusu ilə sinifindəki ən aşağı dönmə göstəricisinə malikdir. Yüksək sürətlərdə üçüncü və dördüncü oxların istiqamətləndirmə sisteminin kilidlənmə xüsusiyyəti, ABS sistemi və mühərrik əyləci idarəetmə təhlükəsizliyini artıran xüsusiyyətlərdir.

Avtomobilin önündəki iki nəfərlik sürücü kabini və 180° müşahidə bucağı yüksək təhlükəsizliyə və rahatlığa təminat verir. Böyük şüşəli periskoplar, maşının arxasında və önündəki gecə/gündüz kameraları sürücü və komandirə daha böyük bir görünüş sahəsi təmin edir.

PARS III 8x8

800 km üzərində mənzili olan PARS III 8x8, partlamağa və deşilməyə qarşı xüsusi tədbirlər alınan yanacaq çənlərinə malikdir. Fövqəladə vəziyyətlərə qarşı ön zirehin altında ehtiyat yanacaq çəni mövcuddur.

Təkərlərin daxilinə yerləşdirilən əlavə disklər, partlayan təkər ilə hərəkət imkanı verir.

PARS III 8x8 korpusu modular dizayna sahib zireh sistemləri sayəsində istifadəçi tərəfindən istənilən qoruma səviyyəsinə gətirilə bilər. Korpusun forması, qarınaltı quruluşu, döşəmə lövhələri və vasitə üçün xüsusi mina qorumalı oturacaqlar personalı yüksək səviyyədə mina təhdidindən qoruyacaq şəkildə hazırlanıb.

PARS III 8x8 qoruma səviyyəsi ilə, həm personal daşıma məqsədilə hazırlanan minadan qorumalı maşınlarının mühafizə səviyyəsinə sahibdir, həm də müasir bir zirehli döyüş vasitəsindən gözlənilən qabiliyyətləri özündə birləşdirərək fərqliliyini ortaya qoymaqdadır.

Vasitə alt sistemlərinin mina qorumalı gövdəyə modular olaraq bağlanması ilə təmir və serviz asanlığını təmin edir. 60 dəqiqədən daha az bir müddətdə çıxarılıb yerinə qoyula bilən mühhərik arxitekturası diqqətçəkici bir qabiliyyət olaraq istifadəçiyə bu elementi ərazidə dəyişdirmə üstünlüyünü qazandırır.

PARS III 8x8 quru, hava (A400, C17 və C5) dəniz və dəmir yolu ilə nəql edilə bilər.

PARS 8x8 variantları

Universal bazaya malik PARS III zirehli vasitələrindən bir çox xüsusi təyinatlı maşınların hazırlanmasında baza kimi istifadə edilib. Onlarla qısaca tanış olaq.

PARS III 8x8 IFV

PARS III 8x8 ailəsinin IFV (Infantry Fighting Vehicle - Piyada Döyüş Maşını) 25 mm-lik SABER tureli ilə təchiz edilir. PDM komandir, sürücü və atıcı da daxil olmaqla 12 nəfəri daşıya bilir.

PARS III 8x8 ICV

ICV (Infantry Carrier Vehicle - Piyada Daşıyıcı Vasitə) 12.7 mm uzaqdan idarə olunan silah modulu (RCWS) ilə təchiz edilib. ICV sürücü, komandir və atıcı da daxil olmaqla 12 personalı daşımaq qabiliyyətinə malikdir.

PARS III 8x8 COMMAND POST

PARS III 8x8 CP (Command Post - Komanda Məntəqəsi) maşınları Briqada və Tabor səviyyəsində qərargah zabitlərinin döyüşü idarəetmək məqsədi ilə istifadə edilir. Adətən əsas zərbə istiqamətində istifadə edilir. Vasitə özünümüdafiə üçün 7.62 və ya 12.7 mm pulemyotla silahlanır. CP nəqliyyat vasitəsi komandir, sürücü və qərargah zabitlərindən ibarət 8 nəfərlik heyəti daşıya bilir.

PARS III 8x8 CFV

PARS III 8x8 CFV (Cavalry Fighting Vehicle - Piyada Döyüş Maşını) variantı 30 mm-lik topa malik versiyadır. Qüllədə 2 nəfər yerləşir, zirehli vasitə ekipajı - komandir, sürücü və topçu da daxil olmaqla 7 nəfəri daşıya bilir.

PARS III 8x8 SPM

PARS III 8x8 SPM SPM (Self Propelled Mortar - Özüyeriyən Minaatan) vasitəsi piyadaları atəş dəstəyi ilə təmin etmək üçün hazırlanıb. Zirehli maşın 81 və ya 120 mm minaatan, həmçinin özünü müdafiə etmək üçün 7.62 və ya 12.7 mm pulemyot ilə silahlana bilər. Sürücü, komandir və 2 nəfər minaatan heyəti daxil olmaqla, 4 nəfərlik şəxsi heyəti daşıyır.

PARS III 8x8 ARV

PARS III 8x8 ARV (Armored Recovery Vehicle - Zirehli Təmir-Bərpa Maşını) maşınının üst hissəsinə hidravlik kran, daxilinə isə hidravlik dartıcı qurğu quraşdırılır. Bu qurğular zirehli və zirehli olmayan nəqliyyat vasitələrinin təmirini və çəkilməsini asanlaşdırır. Vasitə 7.62 və ya 12.7 mm pulemyot ilə təchiz edilir və sürücü, atıcı, həmçinin 2 texnik daxil olmaqla 5 nəfər heyətə malikdir.

PARS III 8x8 AME

PARS III 8x8 AME (Armored Medical Evacuation - Zirehli Tibbi Təxliyyə) maşını döyüş əməliyyatları zonasından yaralıları təxliyyə etmək üçün nəzərdə tutulan yüksək manevrli və təkərli zirehli vasitədir. AME sürücü, komandir və 2 tibb personalını 2 xərək, 4 oturaq yaralı ilə və ya xərək olmadan 8 nəfər oturaq yaralını daşımaq qabiliyyətinə malikdir.

PARS III-lərin Təchizatı:

- Sürücü/Komandir üçün mövcud vəziyyət haqqında məlumatı təmin edən, öndə və arxada quraşdırılan iki ədəd termal və CCD gündüz kameraları;
- Bütün təkər oxlarının sükanla idarəedilməsi;
- Avtomatik əyləc sistemi (ABS)
- Mərkəzi hava doldurma sistemi (CTIS)
- Hər bir təkər üçün sərt sabit disk (Run Flat)
- İnteqrasiya edilən köməkçi güc qurğusu (APU)
- İnteqrasiya edilə bilən qorunma dəsti
- Ümumi hissələrin birgə istifadəsinə imkan verən modulyar və universal dizayn;
- Yüksəkliyi tənzimlənən müstəqil hidropnevmatik amortizator sistemi.

PARS III 8x8 Taktiki-Texniki Xüsusiyyətləri:

- Kütləsi 30000 kq;
- Mühərrik Dizel;
- Ekipaj 3 nəfər;
- Desant 9 nəfər;
- Uzunluğu 8 m;
- Eni 3 m-dən az;
- Yüksəkliyi 2.4 m;
- Hava yolu ilə daşınmasi A400, C17 və C5 ilə mümkündür;
- Transmissiya tam avtomatik, 6 irəli 1 geri pilləyə malikdir;
- NATO-nun Vahid Yanacaq Konseptinə uyğun (EURO 3) F34 yanacağı və JPB-dən istifadə edir;
- Təkər sayı 8;
- Ox sayı 4;
- İdarə olunan oxların sayı 4;
- Dönə bilən oxların sayı 1,2,3,4;
- Amortizator sistemi yarım avtomatikdir və tənzimlənə bilir, pnevmatika kompüterləşdirilib;
- Əyləc sistemi bütün təkərlərdə hidravlikdir və ABS sisteminə malikdir;
- Elektrik sistemi MIL STD 1275, MIL STD 461 standartına uyğundur;
- Şosse yolda sürəti 100 km/s;
- Üzmə sifarişlə təmin edilə bilər;
- Maksimum ehtiyat gediş məsafəsi 800 kmⅦ
- Maksimum yoxuşa qalxma 60%;
- Maksimum yana əyilmə 30%;
- Dəf etdiyi maneə hündürlüyü 0.70 m;
- Keçdiyi xəndəyin eni 2.00 m;
- Dönmə radiusu.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   HSK   Pars  

Türkiyə dünyaya çoxçeşidli "Pars" ailəsini təqdim edir - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2019/05/vbl1B-1557899698.jpg
Oxunub: 1048     10:56     15 May 2019    