ROKETSAN IDEF-2019 sərgisində hansı müqavilələrə imza atdı? – VİDEO

2019/05/IMG_0-3113758556.jpg
Oxunub: 2993     14:32     03 May 2019    
ROKETSAN şirkəti 30 Aprel-3 May 2019-cu il tarixləri arasında İstanbulda təşkil edilən IDEF 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində son texnologiya ilə hazırlanan çox sayda məhsullarını təqdim etdi.

Dünyanın dörd bir yanından gələn müdafiə sənayesi firmalarına ev sahibliyi edən sərgidə, ROKETSAN stendində Mikro Peyk Daşıma Sistemi, 2.5 ton kütləyə malik BORA raketi, yerli mühhərikə sahib SOM-J uzaqmənzilli raketi, lazer başlıqlı "Teber" raketi, orta mənzilli OMTAŞ tank əleyhinə raketi, uzaq mənzilli UMTAŞ tank əleyhinə raketi, "Tanok" lazer başlıqlı sursatı, ATMACA dəniz platforması, "Cida" idarəolunan yaxın mənzilli raket kompleksi, YATAGAN miniatür raket sistemi, "Karaok" qısa mənzilli tank əleyhinə raket kompleksi və s. kimi müasir silah sistemləri nümayiş etdirildi.


ROKETSAN rəhbərliyi sərgi zamanı müxtəlif müqavilələr imzaladı. ROKETSAN və TÜBİTAK SAGE arasında təyyarə bombalarında istifadə edilən TST 101 kompleksinin inkişafı və istehsalına dair Əməkdaşlıq Protokolu imzalandı. Yerli və milli istehsala təkan verəcək bu iş birliyi sayəsində Türkiyənin geniş bir bazara sahib olan MK-80 havadan atılan ümumi məqsədli bombalarının beynəlxalq müdafiə sənayesi bazarındakı mövqeyini gücləndirəcəyi gözlənilir.


ROKETSAN və ASELSAN arasında zərbə tipli çoxpərli PUA sisteminin inkişafı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bu razılaşma ilə ASELSAN-ın inkişaf etdirdiyi çoxpərli PUA sisteminə ROKETSAN tərəfindən hazırlanan PUA sursatının (RİHAM) inteqrasiyası təmin ediləcək. Bu əməkdaşlıq nəticəsində TSQ-nin əhəmiyyətli bir ehtiyacı qarşılanacaq.

"Altay" milli döyüş tankının seriya istehsal müqaviləsini isə əsas podratçı BMC və subpodratçılar olan ROKETSAN, ASELSAN, HAVELSAN və MKEK imzalayıb.

Türkiyə Müdafiə Sənayesi Başqanlığı ROKETSAN, ASELSAN, HAVELSAN, TUSAŞ, TÜBİTAK SAGE, STM BİLGEM və "SavNET" ilə əməkdaşlıq Protokolu imzalayıb.


Sərgi çərçivəsində ROKETSAN rəhbərliyi Azərbaycan, Pakistan, Malayziya, Vyetnam, Oman, Serbiya, Efiopiya, Braziliya, Qazaxıstan, Albaniya, Ukrayna, Birləşmiş Krallıq, Fransa, Litva, Qambiya, Bəhreyn, Rusiya, Belarus, Tunis, Slovakiya, Uqanda, Filippin, Türkmənistan, Çex Respublikası və Zimbabve nümayəndə heyətləri ilə görüşlər keçirib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   IDEF-2019  


Bizi "telegram"da izləyin