“Lockheed” Yaponiyaya F-35 koduna giriş imkanı təklif edib

2019/04/53453-1556090514.jpg
Oxunub: 1120     15:20     24 Aprel 2019    
ABŞ hökuməti F-35 təyyarələrinin avionikləri və missiya sistemlərinin arxasındakı kompüter kodlarının ən azından bir hissəsini Yaponiyaya verməyə razılıq verə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu addımın məqsədi Yaponiya hökuməti üçün yeni stels qırıcısının təkmilləşdirilməsinə dəstək verməkdir.

Hazırda Yaponiya 147 ədəd F-35 almağı planlaşdırır. Bunlardan 100-ü F-4EJ “Phantom II” təyyarələrini əvəzləyəcək F-35A olacaq. Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-35A-lardan birinin bu yaxınlarda qəzaya uğramasına baxmayaraq, ölkə həmin qırıcıları almağa davam edəcəyini açıqlayıb.

Yeni təkmilləşdirilməsi planlaşdırılan təyyarənin F-2 qırıcısının xələfi olması nəzərdən keçirilir. İddialara görə, bəzən F-3 kimi də adlandırılan yeni dizayn F-35-in qabaqcıl avionik və missiya sistemlərindən istifadə edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   Yaponiya   F-35  


“Lockheed” Yaponiyaya F-35 koduna giriş imkanı təklif edib

2019/04/53453-1556090514.jpg
Oxunub: 1121     15:20     24 Aprel 2019    
ABŞ hökuməti F-35 təyyarələrinin avionikləri və missiya sistemlərinin arxasındakı kompüter kodlarının ən azından bir hissəsini Yaponiyaya verməyə razılıq verə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu addımın məqsədi Yaponiya hökuməti üçün yeni stels qırıcısının təkmilləşdirilməsinə dəstək verməkdir.

Hazırda Yaponiya 147 ədəd F-35 almağı planlaşdırır. Bunlardan 100-ü F-4EJ “Phantom II” təyyarələrini əvəzləyəcək F-35A olacaq. Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus F-35A-lardan birinin bu yaxınlarda qəzaya uğramasına baxmayaraq, ölkə həmin qırıcıları almağa davam edəcəyini açıqlayıb.

Yeni təkmilləşdirilməsi planlaşdırılan təyyarənin F-2 qırıcısının xələfi olması nəzərdən keçirilir. İddialara görə, bəzən F-3 kimi də adlandırılan yeni dizayn F-35-in qabaqcıl avionik və missiya sistemlərindən istifadə edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   Yaponiya   F-35  


Bizi "telegram"da izləyin