Rusiya HDD-yə 80-dən çox döyüş gəmisi təhvil verilib

2019/04/14994-1556083172.jpg
Oxunub: 2513     09:11     24 Aprel 2019    
"2012-ci ildən bu yana üç strateji raket sualtı gəmisinin yer aldığı 80-dən çox döyüş gəmisi Rusiya Hərbi Dəniz Donanmasına qatılıb".

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində iki döyüş gəmisinin inşası mərasimində çıxışında deyib.

Bir çox layihənin işlənmə mərhələsində olduğuna diqqət çəkən Putin, gəmilərinin vaxtında inşa ediləcəyinə ümid etdiyini bildirib.

"Bu, Rusiyanın həm yaxın, həm də uzaq dəniz regionundakı maraqlarının və dəniz sərhədlərinin qorunması üçün mühümdür", - deyə o qeyd edib.

Putin Rusiyanın gəmi sənayesinin kadr və elmi texnoloji potensialını artırmağa davam edəcəyini də vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Rusiya HDD-yə 80-dən çox döyüş gəmisi təhvil verilib

2019/04/14994-1556083172.jpg
Oxunub: 2514     09:11     24 Aprel 2019    